Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa mətbuatında rus futbolçularla bağlı şübhəli dopinq eyhamı vuruldu


“The Telegraph” rus oyunçuların birdən-birə əvvəlkindən daha yaxşı oynamasına diqqəti cəlb edib


Rusiya yığması qrupda yer alan iki ərəb ölkəsinin milli yığma komandasını böyük hesabla udaraq mundialdan kənarlaşdırdı. Ekspertlər oyundakı nəticə ilə yanaşı, Rusiya millilərinin parlaq oyun sərgilədiyini qeyd edirlər.

Lakin məsələyə ayrı bucaqdan yanaşanlar da tapılıb. Rusiya dövlətinin və yerli federasiyaların müxtəlif beynəlxalq yarışlarda öz idmançılarına göstərdiyi “yardım”ların acı şöhrəti hər kəsə məlumdur.

“Dünya çempionatı başlanmazdan öncə Rusiya yığmasını ən bərbad ev sahibi adlandırırdılar. İşlər o qədər pis gedirdi ki, yerli fanatlar tarixdə ən böyük rüsvayçılıqla üzləşəcəklərindən qorxurdular. Lakin elə start oyunlarındaca Rusiya tarixin ən yaxşı ev sahibi komandası kimi özünü göstərməyi bacardı (iki oyunda 8 vurulan və cəmi 1 buraxılan qol). Rusiya milliləri azarkeşlərə hər şeyin mümkün ola biləcəyi nümunəsini göstərdilər”, – “The Telegraph”dan Ben Ramsbi yazır.

“Lakin necə ola bilər ki, turnirdən öncəki son 9 matçın sadəcə birində qalib gələn və yoldaşlıq oyunlarının demək olar, əksəriyyətində uduzan komanda qəfildən ayrı cür oynamağa başladı və Sovet İttifaqının dağılmasından bu yana ilk dəfə pley-offa yüksəlməyi bacardı”, – jurnalist sual edir.

Müəllif məqalədə statistik nümunələr də gətirir. Belə ki, rusiyalı oyunçular meydanda bütün komandalardan 73 mil (117,5 km) daha çox qaçıblar. Rusların hazırda ən parlaq ulduzu Aleksandr Qolovin bir oyuna 7,9 millik (12,7 km) nəticə göstərdiyi halda, məsələn Kriştiyanu Ronalduda bu rəqəm 5,4 mil (8 km) təşkil edir.

Məqalədə ən təbii səbəbin rusların evlərində oynaması və bunun oyunuçular üçün adrenalin rolunu oynaması göstərilib. Hər halda bütün ölkə əhalisinin milli yığmadan daha çox fədakarlıq və qəhrəmanlıq tələb etməsi də burda az rol oynamır.

Lakin britaniyalı jurnalist işin qaranlıq tərəfinin də mövcudluğuna işarə edərək Rusiyanın 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı oyunlarında idmançılarını dopinqlə təşviq etməsi ittihamı ilə bağlı hələ də təhqiqat altında olduğunu xatırladıb.

Lakin iş sonradan FİFA tərəfindən şübhəli şəkildə – “kifayət qədər sübutun olmaması” maddəsi ilə qismən bağlanıb.

Rusiyanın Antidopinq agentliynin keçmiş rəhbəri Qriqori Rodçenkov rus olimpiyaçılarının Soçi Qış olimpiya oyunlarında dopinq qəbul etməsi hadisəsinin üstünü açıb və buna görə ölkəsindən qaçıb.

ABŞ-a sığınmağa məcbur qalmış Qriqori Rodçenkov hazırda ölkənin milli futbol yımasında oynayan bir oyunçunun qadağan olunmuş preparatlardan istifadə etdiyi barədə dəqiq məlumata sahib olduğunu söyləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar