Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa gəncliyi radikalların ən böyük dayağıdır


“Avropada belə bir təsəvvür var ki, yaşlı nəsil daha çox populist və Avropa Birliyinə tənqidi mövqedən yanaşan partiyaları seçərək vahid Avropaya tərəfdar olan gəncliyin gələcək arzularını məhv edir. Lakin son araşdırmaların və sorğuların nəticələri böyük Avropa ölkələrində tamamilə başqa mənzərəni təsvir edir”


Musavat.com xəbər verir ki, bu sözlər Klaus Qayger və Ella Gemündün Almaniyanın Die Welt qəzetində yazdığı məqalədən götürülüb.

“Məsələn, Almaniyanın federal Saksoniya-Anxalt torpağı (əyaləti-red.) landtaqına (yerli parlament-red.) keçirilən seçkilərdə Almaniyanın sağ radikal “Almaniya üçün alternativ” partiyası məhz gənclərdən aldığı səslərlə olduqca yaxşı nəticə (26%) göstərib”, - məqalədə qeyd olunur.

Məqalə müəlliflərinin fikrincə, “Almaniya üçün alternativ” partiyası 18-25 yaşlı gənclik arasında ən güclü siyasi qüvvə sayılır. Partiya regionda hakim “Xristian-Demokratik ittifaqı”nı tam 10% üstələyib. Doğrudur burada əyalətin iqtisadi göstəricilərinin də mənfi olmasının rolunu inkar emtək olmaz. Lakin Almaniyanın digər federal torpaqlarında da vəziyyət o qədər də fərqli deyil.

“Almaniya üçün alternativ” partiyasında gənclərlə yaşlıların arasında səs nisbəti artıq bir-birinə çox yaxındır. Məsələn iqtisadi cəhətdən geridə qalan digər region, Maklenburq-Ön Pomeraniya əyalətində də keçirilən seçkilərdə radikal partiya gənclər arasında 15%-lik səsə sahib olub. Partiyanın digər yaş kateqoriyalarından aldığı səs 21% təşkil edib.

Məqalə müəllifləri eyni vəziyyətin Avropanın digər bölgələrində də müşahidə edildiyini yazırlar: “Aprelin sonunda Fransada prezident seçkiləri keçiriləcək. Həmin seçkilərdə gənclər arasında şəksiz favorit sağ radikalların lideri Marin Le Pen sayılır. Xanım Le Pen gənc yaş kateqoriyasında 34%-lik populyarlıqla yaxın rəqibləri Emmanuel Makron və keçmiş baş nazir Fransua Fiyon üzərində ikiqat üstünlüyə (18%) malikdir”.

“Marin Le Penin Fransanı Avropa Birliyindən və NATO kimi hərbi ittifaqlardan çəkməklə daha çox iş yerlərini yaratmaq barədə verdiyi vədlər gənclərin diqqətini cəlb edir”, - məqalədə Berlin Azadlıq Universitetinin seçkilər üzrə eksperti Karsten Koşmiderdən sitat gətirilib.

Avropanın ən liberal cəmiyyətlərindən biri hesab olunan Hollandiyada da martın 15-də keçiriləcək parlament seçkilərində 18-25 yaş arası gənclərin radikal sağçılara meylləndiyi hiss olunur.

“Gənc hollandiyalılar arasında Gert Vildersin “Azadlıq” partiyası olduqca populyardır. 2016-cı ilin sonunda və 2017-ci ilin əvvəlində keçirilmiş son 2 rəy sorğusu gənc seçicilərin 27%-nin “Azadlıq partiyası”na səs verəcəyini göstərir. Bu isə partiyanı gənclər arasında ən nüfuzlu təşkilata çevirib.

İtaliyada Avropa Birlyinə qarşı olan, komik aktyor Beppe Qrillonun başını çəkdiyi “Beş ulduz hərəkatı” artıq neçə müddətdir ki, gənc seçicilər içində böyük populyarlıq qazanıb.

Eyni situasiyanı Polşda da müşahidə etmək mümkündür. Son seçkilər Avropa Birliyi ilə qarşıdurma siyasətini yürüdən “Hüquq və ədalət” partiyasının gənc yaşlı insanlar arasında nüfuz qazandığını nümayiş etdirib. 2015-ci ildə keçirilən prezident seçkilərində partiyanın namizədi Ancey Dudu 18-25 yaş arası seçicilərin səslərinin 60%-ni qoparmağa müvəffəq ola bilmişdi”, - məqalədə yazılıb.

Məqalədə bütün bu göstəricilərin Avropa Birliyinin gələcəyi baxımından olduqca qaranlıq perspektiv vəd etdiyi vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar