Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionundan “Qarabağ Broyler” şirkətinin rəhbərinə şok zorlama ittihamı


Bugünlərdə “Gömrükçü” idman klubundan olan peşəkar idmançı, sərbəst güləş üzrə Avropa çempionu Xeyransa Məmmədova ( ad və soyad şərtidir ) qafqaznews.org saytına müraciət edib.


Onun sözlərinə görə, 2013-cü ilin may ayında “Qarabağ Broyler” şirkətinin rəhbəri, sahibkar Nəriman Əliyev onu zorlayıb: 

“ 2013-cü ildə Zaqatalada bizim komanda Almaniyada olacaq yarışa hazırlaşırdı. Bizim sponsor Nəriman Əliyev idi. Mən yüksək nəticə göstərsəm də məni Almaniyaya göndərmək istəmədilər. Nəriman Əliyev öz köməyini mənə təklif elədi. O, mənə təklif elədi ki, böyük adamların biri ilə səni görüşdürəcəm və o sənə kömək edəcək. Həmin “böyük adamla” görüş Nəriman Əliyevin Qaxdakı ofisində olmalı idi. Mən razılaşdım və görüşə rəfiqəmlə getdim. Nəriman bizi ofisin qapısında qarşıladı və rəfiqəmə küçədə gözləməyi bildirdi və dedi ki, görüş bir neçə dəqiqə çəkəcək. Mən də ona inandım. Ancaq mən Nərimanın kabinetinə girən kimi o mənim üstümə atıldı”.

Müxbirimizin “Siz zorlanma ilə bağlı polisə müraciət etdinizmi?” sualına idmançı xanım belə cavab verib: “ Yox, etmədim. Nəriman məni qorxuzaraq dedi ki, polisə şikayət eləsən səni məhv edərəm. Paltarım cırıldığı üçün məni idmançılar yaşayan otelə Nəriman Əliyev özü gətirdi”.

Müxbirimizin “Bəs rəfiqəniz hara getdi?” sualına idmançı xanım “Görüş uzandığı üçün çıxıb gedib” cavabını verdi.

Düz doqquz aydan sonra Xeyransa Məmmədova ana olub, Rudin adında oğlu olub. Məmmədova müxbirimizə bildirib ki: “Mən çox şəraitsiz yerdə anam və oğlumla yaşayıram. Ailədə ancaq mən işləyirəm. Ona görə də Nəriman Əliyevə müraciət elədim, oğlu barədə məlumat verdim və xahiş elədim ki, kömək etsin. Ancaq o imtina elədi”.

Belə olanda zərəçəkən Pirallahı rayon məhkəməsinə müraciət edir: “Mən iddia qaldırdım ki, Nəriman Əliyev oğlumun atası kimi tanınsın və o aliment ödəsin. Məhkəmə Nərimanın oğlumun atası olduğunu sübut eləmək üçün DNT analizi barədə qərar çıxardı. Mən razılaşdım. Ancaq məlum oldu ki, analiz üçün 2 min manat ödəməliyəm. Mənim isə buna imkanım yoxdur”.

Müxbirimiz zərəçəkəndən soruşub ki, “İddianızda Nəriman Əliyev tərəfindən zorlandığınızı qeyd elədinizmi?”.

Zərəçəkən bildirib ki: “ Yox. Vəkilim Ümman Salehzadə dedi ki, lazım deyil”.

Ümman Salehzadə nə üçün zərərçəkənin zorlanması ilə bağlı məlumatı iddiaya daxil etməyib?

Ümman Salehzadə qafqaznews.org –a bildirib ki: “ İddia əzrizəsində Xeyransa Məmmədovanın sözləri ilə yazılıb ki, Nəriman Əliyev onu aldadıb və razılığı olmadan onunla cinsi əlaqədə olub”.

Biz Xeyransa Məmmədovadan iddia ərizəsini xahiş etdik. Orada iddiaçı tələb edir ki, Nəriman Əliyev onun övladının atası kimi tanınsın və ona hər ay 500 manat aliment verilsin. Ancaq iddia ərizəsində zərərçəkənin zorlanması ilə bağlı heç nə yazılmayıb.

Ümman Salehzadə tərəfindən yazılmış iddia ərizəsində qeyd olunub ki, 2013-cü ilin mayından Xeyransa Məmmədova Nəriman Əliyevlə qeyri-rəsmi nikahda olub.

Görəsən zərərçəkənin dedikləri ilə vəkilin yazdıqları niyə bir-birini inkar edir?

Yeri gəlmişkən, Xeyransa Məmmədova öz vəkilindən imtina edib.
Biz Nəriman Əliyevin də fikirlərini öyrənmək istəsək də mümkün olmadı.

Onu da qeyd edək ki, Xeyransa Məmmədova milli yığmamızın tərkibində Azərbaycanda keçiriləcək Avropa oyunlarında iştirak etməyə hazırlaşır. (qafqaznews.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar