Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Türkiyədəki referendumdan niyə narahatdır?


Politoloq: “Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərin gərginləşməsi hər iki tərəfin zərərinədir”


“Türkiyə ilə mədəni əlaqələr elə bir mərhələyə gəlib çatıb ki, artıq türk siyasətinin Avropaya daşınmasından ciddi narahatlıq yaşanmaqdadır”.

 Bu sözləri politoloq Nəsimi Məmmədli Almaniya-Türkiyə münasibətlərindəki gərginliyə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir müddət öncə Türkiyə rəsmiləri Türkiyədə keçirilən referendumla bağlı Almaniyada bir sıra görüşlər keçirmək istəsələr də,  Almaniya tərəfi bu görüşə icazə vermədi. Nəticədə isə  iki ölkə arasında diplomatik gərginlik yaranmışdı.  Berlin və Ankara münasibətlərində növbəti gərginliyin yaranmasına səbəb isə Türkiyə nazirlərinin Almaniyada iştirak etməli olduğu tədbirlərin ləğv olunması oldu.  Yaranmış gərginlik fonunda bir sıra Avropa ölkələri Türkiyə siyasətçilərinin öz ölkələrində   mitinq keçirməsinə yasaq qoydular. Ən böyük gərginlik isə Hollandiyada yaşandı. Dünən isə eyni addımı Bolqarıstan atdı. Bir neçə gün əvvəl isə Almaniya hakimiyyəti türk siyasətçilərinin ölkəyə girişini yasaqlaya biləcəklərini bəyan etdi. Avropa Birliyi ilə Türkiyə arasındakı bu gərginlik və diplomatik böhran nə qədər davam edə bilər və Avropa Birliyi Türkiyədə keçirilən referendumdan niyə narahatdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

Image result for nəsimi məmmədli pia.az

Nəsimi Məmmədli: “Baş verən olayların çağdaş siyasi səbəbləri ilə yanaşı, həm də dərin tarixi köklərə bağlı psixoloji amilləri də qabarıq görünür”.


Avropa-Türkiyə gərginliyinin uzunmüddətli olmayacağını bildirən politoloq Nəsimi Məmmədliyə görə, qarşılıqlı maraqlar hər iki ölkənin münasibətləri normallaşdırmasına şərait yaradacaq:

Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərin gərginləşməsi hər iki tərəfin zərərinədir. Çox güman ki, bu diplomatik böhran uzun davam etməyəcək. Avropa Birliyi ilə Türkiyə arasında iqtisadi-ticarət əlaqələri və NATO-dakı hərbi-siyasi müttəfiqliklə yanaşı, dərin tarixi köklərə malik yüksək insani münasibətlər də diqqətdən qaçmamalıdır. Qarşılıqlı maraqlar, müştərək siyasi-hərbi əlaqələr və geniş bizneslərin olması, bu iki dövləti münasibətləri yaxşılaşdırmağa vadar edəcək. Avropada yaşayan milyonlarla türk Birliyə daxil olan ölkələrin iqtisadiyyatına töhfə verdiyi kimi, istirahət üçün əsasən Türkiyəni seçən avropalı turistlərinin də Türkiyə iqtisadiyyatına böyük qatqısı var. 

Avropa Birliyi-Türkiyə münasibətlərini gərginləşdirən səbəbləri anlamaq üçün son illər baş verən olaylara diqqət çəkmək doğru olar. Türkiyənin PKK terroru ilə mübarizəsi yeni həlledici mərhələyə qədəm qoyanda Avropa Birliyi ölkələrindən, həmçinin Almaniyadan gələn gözlənilməz bəyanatlar və davranışlar qarşılıqlı ittihamlara yol açdı. PKK-nın alman şəhərlərində etiraz aksiyalarına, toplantılarına imkan yaradılması Türkiyənin ciddi narazılıqları ilə qarşılandı. Xüsusilə də Türkiyənin Almaniyanı PKK-ya dəstək verməkdə ittiham etməsi ilə münasibətlər bir az da pisləşdi. Ardınca, 2016-cı ilin iyun ayında Almaniya Federal Məclisinin 1915-ci il hadisələrini “soyqırım” kimi xarakterizə edən qanun layihəsini qəbul etməklə münasibətləri biraz da gərginləşdirdi. Türkiyə bu qərara cavab olaraq almaniyalı deputatların İncirlik bazasındakı alman əsgərlərini ziyarət etmələrinə icazə verməməsi yaşanan gərginliyin daha da artmasına səbəb oldu.

Ötən ilin 15 iyulunda Türkiyədə uğursuz nəticələnən dövlət çevrilişindən sonra Almaniyanın Köln şəhərində türklərin keçirdiyi nümayişdə prezident Ərdoğanın video müraciətinin yayılmasına icazə verilməməsi münasibətləri daha da gərginləşdirdi. 2016-cı ilin noyabr ayında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağın həbs olunmasına alman nümayəndələrinin sərt münaibəti isə Ankarada əlavə narahatlığa yol açdı. Ümumiyyətlə, Türkiyə ilə mədəni əlaqələr elə bir mərhələyə gəlib çatıb ki, artıq türk siyasətinin Almaniyaya daşınmasından ciddi narahatlıq yaşanmaqdadır. Əksər şəhərlərdə qızğın referendum təbliğatı aparılır. Türk siyasətçilərinin öz seçiciləri ilə görüşmələrinə imkan verilməməsi qərarı Türkiyənin kəskin etirazları ilə müşayiət olunur. Türkiyə ilə gərgin münasibətlərin yaratdığı islamofobiyanın, anti-türkçülüyün və irqçiliyin zərərini Avropa da çəkəcək. Türkiyə ilə Almaniya arasında maraq müxtəlifliyinin getdikcə dərinləşməsi də iki ölkə münasibətlərində gərginliyə əsas verir. 

Baş verən olayların çağdaş siyasi səbəbləri ilə yanaşı, həm də dərin tarixi köklərə bağlı psixoloji amilləri də qabarıq görünür. Avropanın Türkiyəyə ənənəvi baxışı dəyişməlidir. Türkiyənin artıq üçüncü dünya dövləti olmadığını qəbul etmələri vacibdir. Regionda baş verən siyasi-hərbi münaqişələr, ABŞ-ın Orta Şərq siyasəti, Rusiya-Türkiyə əməkdaşlığının yeni məzmun alması Türkiyənin rolunu getdikcə artıracaq. Təsadüfi deyil ki, Türkiyənin hazırkı xarici siyasət kursu bir hakim siyasi qüvvənin deyil, həm müxalifətin, həm də toplumun əksər kəsiminin iradəsini ifadə edir. Odur ki, bu siyasətin ardıcıl və dönməz xarakter alacağı qənaəti getdikcə güclənməkdədir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar