Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Şurasının baş katibi siyasi sifarişi yerinə yetirir


Bu, təkcə Yaqlandın Azərbaycana qarşı münasibəti deyil, ümumilikdə Azərbaycana qarşı aparılan bir kampaniyadır


Bunu Trend-ə millət vəkili Bəxtiyar Əliyev Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında uğurlu fəaliyyəti, Azərbaycan həqiqətlərinin orada dəstəklənməsi Azərbaycana qarşı çirkin siyasi kampaniya aparan siyasi dairələri hiddətləndirir: "Və Yaqlanda ciddi təzyiq göstərildiyi üçün o, həmin siyasi sifarişi yerinə yetirir. Onlar Azərbaycanda insan haqları ilə bağlı heç bir ciddi problemin olmadığını, işçi qrupunun normal şəkildə fəaliyyət göstərdiyini görəndə və sabah hesabat verərkən obyektiv məsələləri qeyd etməyə məcbur olacaqlarını bildikləri üçün süni surətdə bu əməkdaşlğı dayandırmaqla sonradan Azərbaycanın bu işinə qara yaxmaq, qeyri-obyektiv mövqe bildirmək məqsədilə bu işçi qrupundan çıxırlar. Burada məntiq bundan ibarətdir".

Millət vəkili hesab edir ki, Azərbaycanın QHT və vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycana qarşı bu qərəzli münasibətə etiraz etməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar