Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Şurasını tərk etmək Azərbaycana nələr vəd edir? - Gərgin situasiya


Fazil Mustafa: “Azərbaycan rəhbərliyi Avropa Şurasından çıxmaq haqqında qərar verə bilər”


Sərdar Cəlaloğlu: “Azərbaycan hakimiyyəti birtərəfli siyası qüvvə kimi Azərbaycanın Avropa Şurasında qalıb-qalmamasını müzakirə edə bilməz.

Bildiyimiz kimi oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki qətnamə qəbul olunub.  Hesabatda qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, ölkəmizdə yoxsulluğun səviyyəsinin azalması, müsbət statistik faktlar, son dövrlər həyata keçirilən hüquqi islahatlar və ümumi olaraq müsbət tədbirlər məhdud sayda qeyd edilib. Bu da Azərbaycan tərəfinin narazılığına səbəb olub.  AŞPA-da qərəzli münasibətlə üzləşən Azərbaycanın bu qurumdan çıxması yenidən gündəmdədir. Bu məsələyə Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də toxunub və bildirib ki, Azərbaycan Avropa Şurasından çıxmaqla heç nə itirməyəcək.

Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz MəmmədovPrezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qərəzli sənədlərin qəbul edilməsinin, təzyiq cəhdlərinin artmasının Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etdiyini bildiriblər. Dövlət rəsmilərinin də son iki gündə səsləndirdikləri bəyanatlar kifayət qədər sərtdir və belə güman etmək olar ki, son anda Azərbaycan rəhbərliyi Avropa Şurasından çıxmaq haqqında qərar verə bilər. Bəs Avropa Şurasını tərk etmək Azərbaycana nələr vəd edir?  

Gündəm mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil MustafayaADP sədri Sərdar Cəlaloğluna müraciət edib.



Fazil Mustafa: “Azərbaycan Avropa Şurasından çıxdıqdan sonra Avropa qurumları ilə böyük problemlər yaşamağı mümkündür”.


Avropa Şurası Assambleyasının Azərbaycana qarşı birbaşa qərəzli qətnamələr çıxardığını və Azərbaycanı öz təsiri altında saxlamaq istədiyini qeyd edən millət vəkili, Böyük Qurulrş Partiyasının sədri Fazil Mustafa mövzu ilə bağlı PİA.AZ-a verdiyi açıqlamada vurğulayıb ki, Avropa Şurası nə qədər bizim əleyhimizə olsa da, orada meydanı ermənilərə buraxmamaq naminə qalmağımız barədə düşünmək vacibdir:

“Çox güman ki, Azərbaycan rəhbərliyi Avropa Şurasından çıxmaq haqqında qərar verə bilər. Amma bu qərarın verilməsi hər halda düşünülməlidir. Çünki Avropa Şurası nə qədər bizim əleyhimizə olsa da, orada müəyyən dərəcədə meydanı ermənilərə buraxmamaq naminə qalmağımız barədə düşünmək vacibdir. Hamıya məlumdur ki, Avropa Şurası ermənilər üçün vacib tribunaya çevrilib və orada müəyyən lobbiçilik fəaliyyətləri həyata keçirirlər. Amma özümüz orada olanda, ən azından müəyyən məsələlərin qarşısın ala bilirik. 

Həmçinin Azərbaycan Avropa Şurasından çıxdıqdan sonra Avropa qurumları ilə böyük problemlər yaşamağı mümkündür. Buna görə də atılacaq addım çox düşünülməli, bütün aspektlər nəzərə alınmalıdır. Təbii ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı birbaşa qərəzli qətnamələr çıxardır və Azərbaycanı öz təsiri altında saxlamaq istəyir. Həm də Avropa Şurası istənilən məsələni Azərbaycana diqtə etmək istəyir. Bu da yolverilməzdir. Amma bütövlükdə Avropa ilə münasibətlərin bu formada heçə gətirilməsi də bizim ümumi gələcək strateji maraqlarımız baxımından ciddi düşünülməlidir. Yəni ki, bu məsələdə atacağımız addımın sonrakı nəticələrini indidən hesablamalıyıq”.



Sərdar Cəlaloğlu: “Hakimiyyət bu məsələdə müxalifətin də rəyini nəzərə almalıdır”.


Azərbaycan müxalifətinin indiki halda Azərbaycanın Avropa Şurasına üzv qalmasında və qurumun bütün tələblərinin yerinə yetirilməsində maraqlı olduğunu dəfələrlə ortalığa qoyduğunu qeyd edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu PİA.AZ-a açıqlamasında əlavə edib ki, hakimiyyət bu məsələdə müxalifətin də rəyin nəzərə almalıdır:

“Əvvala onu deyim ki,  Azərbaycan Avropa Şurasına daxil olarkən yalnız hakimiyyət nümayəndələrinin iradəsi nəzərə alınmayıb. Yəni Azərbaycanın Avropa Şurasına daxil olması üçün 5 müxalif partiyanın da imzası var. Azərbaycan müxalifəti isə indiki halda Azərbaycanın Avropa Şurasına üzv qalmasında və onun bütün tələblərinin yerinə yetirilməsində maraqlı olduğunu dəfələrlə ortalığa qoyub. 

Həmin sənədə imza atan partiyalar bu gün Avropa Şurasının bizim üçün xüsusi əhəmiyyətə malik olan bir qurum olduğunu və Azərbaycan hakimiyyətinin Avropa Şurasının bütün iradlarını nəzərə alınmasını istəyir. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyəti birtərəfli siyası qüvvə kimi Azərbaycanın Avropa Şurasında qalıb-qalmamasını müzakirə edə bilməz. Ən azı hakimiyyət bu məsələdə müxalifətin də rəyin nəzərə almalıdır. 

Mən düşünürəm ki, iqtidarın Avropa Şurasına qarşı etdiyi hərəkət tamamilə yanlışdır. Həmçinin Avropa Şurası ilə üzvlüyün dayandırılması digər Avropa Birliyi Təşkilatları ilə də münasibətlərdə çox ciddi problem yaradacaq. Bildiyimiz kimi Azərbaycan da Avropa Birliyi ilə yeni danışıqlara başlayıb. Amma Azərbaycan Avropa Şurasından çıxacağı təqdirdə Avropa Birliyi ilə də münasibətlər dondurulacaq. Bu isə Azərbaycana xeyirli heç nə vəd eləmir.

Onu da qeyd edim ki, əvvələr Azərbaycanda neft hasilatı və valyuta gəlirləri çox idi. Buna görə də ola bilərdi ki, Azərbaycan iqtidarı bir qədər arxayın hərəkət edirdi. Amma indi Azərbaycanda vəziyyət o səviyyədə deyil ki, bu cür radikal qərarlar alınsın. Belə bir qərarın verilməsi Azərbaycanda çox ciddi və ağır fəsadlar yarada bilər. 

O adamlar ki, Avropa Şurasına əleyhinə bəyanatlar verir, onlar Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqların nəzərə almır. Onlar yalnız hakimiyyətin maraqlarından çıxış edirlər. Azərbaycan xalqının və dövlətinin maraqların isə hakimiyyət maraqlarından üstündür”.

Nərminə UMUDLU
pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar