Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamenti: Azərbaycanla saziş olmayacaq


Avropa Parlamenti Aİ ilə Azərbaycan arasında yeni saziş üçün şərtlər toplusu irəli sürüb. Şərtlərin siyahısı bu gün Avroparlamentin plenar iclasında qəbul olunub


Avroparlamentin press-relizində bildirilir ki, gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pulların yuyulması və vergidən yayınma ilə mübarizəni özündə ehtiva etməlidir. Əsas şərtlərdən biri hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri məhbusların azad edilməsidir.

Aİ ilə Azərbaycan arasında Hərtərəfli saziş üzrə danışıqların iştirakçıları üçün parlamentin tövsiyələri 564 “lehinə”, 69 “əleyhinə” və 47 bitərəf səs olmaqla qəbul edilib.

Ələlxüsus, Avroparlamentin üzvləri Avropa Komissiyasını və Aİ-nin xarici siyasət üzrə rəhbərini gələcək sazişin hər iki tərəfə yalnız iri şirkətlər üçün deyil, Aİ və Azərbaycan vətəndaşları üçün də nəzərə çarpacaq və konkret mənfəət qazandırmasına çağırıblar.



Azərbaycan hökumətinə xatırlatmaq istəyirlər ki, ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməyənə qədər heç bir hərtərəfli saziş təsdiqlənməyəcək. Danışıqların başa çatmasına qədər bütün “siyasi məhbuslar” azad edilməlidir.

Bundan əlavə, Avroparlament qərəzsizliyi və icra hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədilə Azərbaycanda məhkəmə sisteminin islahatlarının dəstəklənməsinə çağırıb.

KİV-in dəstəklənməsinə ayrıca diqqət yetirilib. Avroparlament sonralar redaksiyalarının müstəqilliyi şərtilə Azərbaycanda azad və plüralistik KİV-lərin dəstəklənməsinə çağırıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar