Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Oyunlarında vətəndaş cəmiyyətinin hədəfləri açıqlandı



Bu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız mövzusunda mətbuat konfransı keçirilib


Konfransda “Bakı 2015: I Avropa Oyunlarına dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının elan olunması və Koalisiyanın bəyanatının qəbulu gerçəkləşib. Tədbirdə ziyalılar, eləcə də QHT və media nümayəndələri iştirak edib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və “Bakıxəbər” qəzetinin təşkilatçılıq etdiyi tədbiri giriş sözüylə Rufiz Qonaqov açıb. BMAM-ın rəhbəri İlk Avropa Oyunlarının ölkəmizin mədəniyyətini bütün dünyaya nümayiş etdirmək baxımından çox önəmli olduğunu bildirib.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov da “I Avropa Oyunları: Vətəndaş Cəmiyyətinin məqsəd və vəzifələri mövzusunda çıxış edib. O, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışdı. O, “Bakı 2015”-lə bağlı “qara piar” aparan qüvvələrin istəyinə çatmayacağını vurğuladı. O, bütün xalqı hamılıqla Bakıda təşkil olunacaq İlk Avropa oyunlarında idmançılarımızı dəstəkləməyə çağırdı.

Növbəti çıxışçı “Bakıxəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “I Avropa Oyunları: ölkəmizi tanıtmaq imkanları” mövzusunda məruzə edib. Bu əlamətdar yarışın ölkəmiz üçün böyük hadisə olduğunu vurğulayan Quliyev təşkilatçılığın yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb.

Daha sonra QHT nümayəndələri və media mənsubları da tədbirlə bağlı fikirlərini bildirib.

Sonda “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının bəyanatı oxunub. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar