Avropa Məhkəməsi iyunun 30-da Azərbaycanla bağlı 18 iş üzrə qərarlarını elan edib
Bu barədə məlumat məhkəmənin saytında yerləşdirilib.
Məlumata görə, şikayətləri təmin olunan şəxslər bu müxalifətçilərdir: Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənov.
Məhkəmə onların hüquqlarının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (qanunsuz cəza) və 11-ci (sərbəst toplaşmaq azadlığı hüququ) maddələr üzrə pozulduğunu qəbul edib.
Onların hamısına bərabər həcmdə, bütövlükdə 165 avro məbləğində kompensasiya təyin olunub.
pia.az