Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsi Əvəz Zeynallının işi üzrəkommunikasiya başlatdı


Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildə həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ərizəsi üzrə kommunikasiyaya başlayıb


Bu haqda Əvəz Zeynallının vəkili, Media Hüquqları İnstitutunun ozamankı rəhbəri Rəşid Hacılı məlumat verib. 

Rəşid Hacılının facebook səhifəsində yazdığı statusu təqdim edirik:

“O zaman deputat olan Gülər Əhmədovanın şikayəti ilə cinayət işi başlayıb tələsik Əvəz bəyi həbs etdilər, sonra başqa ağır ittihamlar qoşdular və uzunmüddətli həbs cəzasına məhkum etdilər.
Avropa Məhkəməsi Əvəz Zeynallının həbsinin, evində, ofisində axtarış aparılmasının qanunsuzluğundan, ədalət mühakiməsinin hüququnun pozulmasından (Konvensiyanın 5, 6, 8 və 10-cu maddələrinin pozuntusu) hökumətə suallar yollayıb.”

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ildə rəhbərlik etdiyi “Xural” qəzetini gündəlik nəşrə keçirəndən sonra hökumətdaxili qruplaşmaların hədəfinə gəlmiş, bir ay boyu həftədə 7 dəfə çıxan “Xural” qəzetinin əmlakı 19 oktyabr 2011-ci ildə müsadirə olunaraq aparılmış (hələ də qəzetin əmlakı qaytarılmayıb), bir gün sonra isə “Xural” qəzeti “Ekspress” mətbəəsinin imtina etməsindən sonra çapını dayandırmağa məcbur olmuşdu. 2011-ci il oktyabrın 28-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Əvəz Zeynallıya ozamankı deputat Gülər Əhmədovanın şikayət ərizəsi əsasında ilk olaraq 3 ay həbs qətimkan seçilmiş, sonra müxtəlif maddələrlə cinayət işi başladılmışdı. Əvəz Zeynallı 2012-ci ilin mart ayının 12-də CM-nin 213.1 (vergidən yayınma), 306.2 (qanuni qüvvəyə minmiş qərarları qərəzli olaraq icra etməmək), 311.3.2, 311.3.3, 311.3.4-cü (hədə-qorxu tətbiq edərək rüşvət tələb etmək) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilmiş, 3 il 2 ay 2 gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü ildə imzaladığı fərmanla 30 dekabr 2014-cü ildə azadlığa çıxmışdır. Həbsdə olduğu müddətdə beynəlxalq təşkilatlar Əvəz Zeynallını siyasi məhbus hesab etmiş, eyni zamanda “Amnesty İnternational” təşkilatının siyahısında Əvəz Zeynallı vicdan məhbusu kimi tanınmışdır. Həbsdə olduğu müddətdə ABŞ Dövlət Departamenti Əvəz Zeynallının həbsdən azad olunmasını tələb etmişdi. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar