Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyası “Facebook” cərimələdi –“WhatsApp” a görə


Avropa Komissiyası "Facebook" sosial şəbəkəsini 120 milyon dollar məbləğində cərimələyib


Buna səbəb şirkətin "WhatsApp" mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi olub.

"Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə rəqabəti nəzərə alaraq birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir", – Aİ-nin rəqabət üzrə komissarı Marqret Vestagerin bəyanatında deyilir.

Xatırladaq ki, Aİ tənzimləyiciləri 2014-cü ilin sonunda sosial şəbəkələr sektorunda rəqabət üçün heç bir təhlükə görmədiyindən "WhatsApp"ın satın alınmasına icazə verib.

Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, "Facebook" alışla bağlı tənzimləyiciləri xəbərdar edən zaman iki servisin istifadəçilərinin hesablarını bir-birinə bağlayan etibarlı avtomatlaşdırılmış sistem olmadığını bildiribmiş. Amma 2016-cı ilin avqust ayında "WhatsApp" servisdən istifadə şərtləri və konfidensiallıq siyasətinin yenilənməsini elan edərkən ora "WhatsApp" istifadəçilərinin nömrələrinin "Facebook" hesabları ilə birləşdirmək imkanını da əlavə edib.

Keçən il istintaqa başlayan Komissiya şirkətin yalan məlumatlar təqdim etdiyini, "Facebook" hesabları ilə "WhatsApp" nömrələri arasında əlaqənin texniki cəhətdən hələ 2014-cü ildə mümükün olduğunu aşkar edib.BBC

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar