Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı vizanın ləğvi üçün Azərbaycandan müraciət gözləyir


“Azərbaycan viza rejiminin ləğvi ilə bağlı bizə rəsmi müraciət etməyib”


Bunu azvision.az-a açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

Avropa İttifaqı ilə vizasız rejim prosesinə start vermək üçün bu istiqamətdə spesifik danışıqlara başlanmalıdır. Azərbaycan tərəfi hələlik bununla bağlı bizə müraciət etməyib. Bu məsələ hazırda Avropa İttifaqı-Azərbaycan arasında gedən danışıqlarla bağlı deyil. Vizasız rejim və yeni saziş tamamilə fərqli anlayışdır. Vizasız rejim üçün Azərbaycan müraciət etməli, quruma üzv olan ölkələrdən mandat əldə etməli və yalnız bundan sonra “Yol xəritəsi” hazırlanmalıdır. “Yol xəritə”sində yer alan texniki şərtlər yerinə yetirildikdən sonra biz bu məsələ ilə siyasi danışıqlara başlayacağıq. Lakin bütün bunlar üçün Azərbaycan tərəfi rəsmi olaraq bizə müraciət etməlidir”,-deyə D.Daniilidis vurğulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin ləğvi gələcəyin işidir.

Onun sözlərinə görə, hazırda tərəflər viza rejiminin sadələşdirilməsi mərhələsindədir: “Viza rejiminin ləğvi isə gələcəyin işidir. İlk növbədə biz strateji tərəfdaşlıq barədə yeni sazişi icra etməli və müsbət nəticələr almalıyıq. Sonra isə viza rejiminin ləğvi məqsədilə Azərbaycan və Aİ arasında fəaliyyət planını hazırlamaq lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar