Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Ərdoğanın timsalında Türkiyəni cəzalandırır


Elxan Şahinoğlu: “Türkiyəyə minnətdar olmaq əvəzinə, qardaş ölkəni cəzalandırıblar”; Ankara Avropa strukturları ilə münasibətlərə yenidən baxacaq


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mediaya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib. “Milliyet” qəzetinə danışan nazir deyib ki, bu yolla Türkiyəyə cəza verməyə çalışırlarsa, bu, əks-effekt verəcək.

M.Çavuşoğlu Türkiyənin bu günə qədər Avropa Şurası ilə yaxından əməkdaşlıq etdiyinə, islahatlar dövründə Avropa Şurasının tövsiyələrinin nəzərə alındığına da diqqət çəkib: “Avropa Şurası ilə Türkiyə arasında münasibətləri möhkəmləndirmək üçün İşçi Qrup yaradılıb, qurumun baş katibi ilə davamlı təmaslar var. İslahatlar dönəmində biz AŞ PA-nın tövsiyələrini nəzərə alaraq bir sıra ciddi addımlar atmışıq. Ona görə də Avropa Şurası Parlament Assambleyasının bu qərarını qərəzli sayaraq qəbul etmirik. Düşünürəm ki, bu, gələcək əməkdaşlığımızı zəiflədən qərardır. Avropa Şurasının bu addımından sonra bəzi məsələlər üzrə münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər, arzuladığımız bir şey deyildi. Çox təəssüf, Avropa ölkələrindəki irqçilik, islamafobiya Avropa qurumlarına da təsir edir”.

Türkiyə xarici işlər nazirinin Avropa Şurasının Türkiyə ilə bağlı son qərarını qərəzli sayması fikrini Azərbaycanda da bölüşürlər. İctimai müzakirələrdə gəlinən nəticə odur ki, strateji tərəfdaş olan Azərbaycan və Türkiyə Avropanın ikili standart siyasətinə birlikdə dirəniş göstərməlidir.

“Atlas” Araşdırmalar Mərkəzinin başqanı Elxan Şahinoğlunun fikrincə, Avropa Şurası Parlament Assambleyasının Türkiyə əleyhinə qəbul etdiyi qərarın demokratiya ilə əlaqəsi yoxdur: “Türkiyədə heç bir seçkidə seçki saxtakarlığı qeydə alınmayıb. Konstitusiya dəyşiklikləri ilə bağlı son referendumda səslər faktiki yarıbayarı bölünüb. Bəli, möhürlənməmiş bülletenlərlə bağlı fikir ayrılıqları var. Ancaq möhürlənməmiş bülletenlər səslərin saxtalaşdırılması anlamına gəlmir. Seçkidə rəqib partiyalar bir-birilərinə ciddi nəzarət edirlər. Hər partiyanın ölkənin az qala bütün önəmli seçki məntəqələrində müşahidəçiləri var və bu müşahidəçilərin fəaliyyətinə heç bir halda maneə yaradılmır. Sadəcə, Avropa referendumun cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın xeyrinə nəticələnməsindən narazıdır və buna görə də Türkiyəni cəzalandırmağa qərar verib”.

Image result for Elxan Şahinoğlu

Elxan Şahinoğlu bildirir ki, Avropanın Ərdoğanın şəxsiyyətinə münasibəti son dərəcə subyektiv yanaşmadır: “Ərdoğanı bəyənib-bəyənməmək hər kəsin şəxsi işidir. Ancaq Türkiyədə çoxluğun qərarına hamı hörmət etməlidir. Əgər 51 faiz vətəndaş prezident üsul-idarəsinə üstünlük veribsə, milyonlarla insanın səsinə hörmət etmək lazımdır. Fransada da prezidentin böyük səlahiyyətləri var. Məgər buna görə Avropa dövlətləri və ya AŞ PA Fransanı tənqid edirlər ki, niyə prezidentin səlahiyyətləri parlamentin səlahiyyətlərindən yüksəkdir? AŞ PA-nın qərarı Türkiyənin düşmənlərinin xeyrinədir. Birincisi, türkiyəli deputatlar qəbul olunan qətnaməyə terrorçu təşkilatlar olan FETÖ və PKK ilə mübarizənin göstərilməsini istəyiblər. Bu əlavə qəbul olunmayıb. Yəni AŞ PA-dakı çoxluq dolayısı ilə PKK və FETÖ-nü terrorçu təşkilat kimi tanımadıqlarını bildirib. İkincisi, AŞ PA-nın Türkiyə əleyhinə qətnamənin qəbulu üçün AŞ PA-da HDP-dən olan deputatlar da səs verilər. HDP isə PKK-nın siyasi qanadır. Digər tərəfdən, Türkiyə milyonlarla suriyalı qaçqını qəbul edib, onların saxlanmasına və ərzaqla təminatına milyardlarla dollar xərcləyib. Buna görə Türkiyəyə minnətdar olmaq əvəzinə, qardaş ölkəni cəzalandırıblar”.

Politoloqun fikrincə, Avropa bir çox parametrlərə görə Türkiyəyə ikili standartlarla yanaşır: “Avropa Birliyi ölkələri bir tərəfdən ölkələrində suriyalı qaçqınları görmək istəmirlər və Türkiyədən xahiş edirlər ki, suriyalı qaçqınları nəzarətdə saxlasın, onlar üçün sərhədi açmasın, digər tərəfdən, bunu edən Türkiyəni cəzalandırır. Əslində AŞ PA-da Suriya qaçqınlarına Avropa ölkələrinin qapılarının bağlanmasının antidemokratik olması məsələsi qaldırılmalıdır. Avropa dövlətləri bunu daxili qanunvericilikləri ilə izah edirlər. Türkiyənin idarəetmə sistemini necə formalaşdırması isə onun daxili işidir. Heç bir digər dövlət buna hər hansı formada müdaxilə edə bilməz. Ümumiyyətlə, Türkiyəyə ikili standartlarla yanaşılması AŞ PA ilə paralel Avropa Birliyinin də faktiki Türkiyə ilə üzvlük danışıqlarını dondurmasından görünür. Bu yolla Ərdoğanı cəzalandırdıqlarını düşünən Avropa əslində Türkiyəni özündən uzaqlaşdırır. Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar, ancaq bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur. Bu o deməkdir ki, Ərdoğan prezident olduğu müddətdə bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək. Bəs bunun əvəzində nə baş verir? Ərdoğanın may ayı ərzində səfər edəcəyi ölkələrin trayektoriyasına fikir verək: Rusiya, Hindistan və Çin. Bu seçim ona gətirib çıxarır ki, Ankara tədricən Avropadan uzaqlaşır. Bundan hər iki tərəf uduzur”.

Politoloqun fikrincə, Türkiyənin bu siyasətə qarşı ciddi dayanışı Avropanı da silkələyə bilər. Çünki son illər AŞ PA-nın uyğuladığı ikili standartlardan yalnız Türkiyə əziyyət çəkməyib. Bu ölkələr AŞ PA-nın daha adekvat qərarlar qəbul etməsi üçün bütün səylərini birləşdirməlidirlər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar