Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi ölkələri niyə Azərbaycana səs vermədi?


Elxan Şahinoğlu: “Bu cür müqayisələrə girişsək, qarşı tərəf də eyni müzakirələr aparacaq”


“Eurovision-2017” bitsə də onunla bağlı müzakirələr səngimir. Ölkəmizdə isə əsas müzakirə edilən məsələ final gecəsi formata uyğun olaraq münsiflərin Azərbaycana verdiyi ballar olub.

Bundan əvvəl Azərbaycana səs verən ölkələrin siyahısını qeyd etmişdik. Belə ki, İtaliya, Portuqaliya ən yüksək - 12 səs, Yunanıstan və Gürcüstan isə 10 səsi ölkəmizə verdi. Digər ölkələr, o cümlədən Bolqarıstan, Moldova, San Marino, Belçika, Macarıstan, Albaniya, Kipr, Polşa, İrlandiya isə müxtəlif ballarla ölkəmizə səs verdi. Burada diqqət çəkən məqam isə ondan ibarətdir ki, Azərbaycana heç bir səs verməyən ölkələrin Avropa Birliyinə daxil olan dövlətlər olmasıdır. Belə ki, Birliyə daxil olan Yunanıstan, Çexiya, Sloveniya, Latviya, Danimarka, İrlandiya, Böyük Britaniya, Fransa və digər ölkələr ölkəmizə 1 səs belə vermədi. “Eurovision” yarışmasının artıq siyasi bir yarışmaya çevrildiyini nəzərə alaraq, bu siyahıda Monteneqronun da olması ictimaiyyətdə daha geniş müzakirələrə yol açıb. Çünki 2013-cü ildən başlayaraq bu ölkə ilə Azərbaycan arasında güclü iqtisadi əlaqələr qurulub, iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya da yaradılıb. Ölkəmiz Monteneqroya böyük investisiyalar yatırıb, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ötən il bu ölkəyə 200 milyon avrodan çox sərmayə yatırıb və sairə. Hətta ötən il Monteneqro mətbuatında Azərbaycanın bu ölkəyə 175 mln. avro kredit ayıracağı ilə bağlı da məlumat yayılmışdı. Məlumata görə kredit Monteneqroda yerləşən Veriqe boğazı üzərindən körpünün tikintisinə ayrılacaq. Bu səbəbdən suallar doğurur ki, niyə Azərbaycanın milyonlarla investisiyalar yatırdığı Monteneqro yarışmada ölkəmizə 1 səs belə vermədi. Ümumiyyətlə, Avropa Birliyinə daxil olan ölkələrə niyə Azərbaycana səs vermək istəmir?

““Eurovision” yarışmasının siyasiləşdirilməsinin əleyhinəyəm”. Bu sözləri politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən deyib. Politoloq qeyd edib ki, məsələyə bu cür yanaşmaq doğru deyil:

“Bu il Avropa Birliyinə daxil olan ölkələr Azərbaycana səs vermədi. Amma ötən il Birliyə daxil olan ölkələr kifayət qədər Azərbaycana xallar vermişdi. İndi bu il xoşlarına gəlməyib, səs verməyiblər. O ki qaldı Monteneqroya, əgər bu ölkəyə milyonlara yatırımlar ediriksə, bunun əvəzində müğənniyə xal verməlidirlər? Bu məsələnin bir qədər siyasiləşdirilməsi olar. Başa düşürəm ki, Azərbaycan cəmiyyətində belə suallar yaranır. Hətta bəzən hansısa tərəfdaş ölkəyə artıq bal verəndə suallar olunur ki, “niyə belə oldu, biz həmin ölkəyə çoxsaylı layihə vermişik, dəmir yolu xətti çəkmişik, amma əvəzində bizim ölkəyə səs vermir” və sairə. Yəni bu cür müqayisələri qüsurlu hesab edirəm. Biz bu cür müqayisələrə girişsək, qarşı tərəf də eyni müzakirələr aparacaq ki, “Azərbaycanla güclü əməkdaşlıq edirik, amma səs verilmir”. Adi bir faktı qeyd edim, Ermənistana ən çox dəstək verən Rusiyadır. Onun vasitəsi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Amma baxın, yarışma zamanı Azərbaycandan Rusiyaya nə qədər xallar verilir. Onda gərək biz də məsələ qaldıraq ki, niyə Rusiyaya xal veririk. Yəni, bir daha qeyd edirəm ki, yarışmanın siyasiləşdirilməsinin əleyhinəyəm. Hətta bəzən görürük ki, Türkiyə seriallarında azərbaycanlıların rollarının aşağı səviyyədə, qulluqçu və digər peşə sahibləri kimi göstərilməsi ölkəmizdə ciddi narazılıqlar doğurur. Bunları anlamaq olar. Amma musiqi, kino və bu kimi sahələrin siyasiləşdirilməsini doğru hesab etmirəm”.

Xatırladaq ki, “Eurovision-2017” yarışmasının finalı mayın 13-də keçirilib. Azərbaycanlı təmsilçi yarışmada 120 xal toplayaraq 14-cü sırada yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar