Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi ilə danışıqlar Azərbaycana nə vəd edir?


Natiq Cəfərli: “Azərbaycan höküməti problemli sahələrdə müəyyən addımlar atıb, Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olmalıdır”


İlqar Vəlizadə: “Bizim gözləntimiz ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycanın istəklərini nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərsin”.

Bu gün Bakıda Avropa Birliyi (AB) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək. Danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devin rəhbərlik edir. Danışıqların sonucunda Avropa Birliyinin Azərbaycanla vizasız gediş-gəlişə razılıq verməsi ehtimal olunurmu və bunun müqabilində Azərbaycandan hansı güzəştlər tələb oluna bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərli və politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Картинки по запросу natiq cəfərli
Natiq Cəfərli: “Digər sahələrin hamısında bir irəliləyiş əldə olunmalıdır ki, vizasız gediş-gəliş məsələsində də müəyyən üstünlüklər olsun”.


Avropa Birliyi ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların keçirilməsini müsbət hal kimi dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərliyə görə, bu danışıqlar Azərbaycanın mənafeyinə mübət təsir göstərəcək:

“Əslində Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların intensivləşməsi  və hər hansısa sazişin bağlanması pozitiv addımdır. Təəssüf ki, Azərbaycan Gürcüstan,Ukrayna, Moldovadan fərqli olaraq, “Şərq Əməkdaşlıq Proqramı”nı imzalamadı. Ancaq həmin vaxtlar yeni sazişlə bağlı danışıqlar başladı. Bildiyimə görə, danışıqlar bir neçə istiqamətlər üzrə gedir. Avropa Birliyi ilə Azərbaycan arasında intensiv iqtisadi enerji təhlükəsizliyi ilə yanaşı, sivil toplum, media azadlıqları, seçki qanunvericiliyi, insan hüquqları ilə bağlı bir çox məsələlər masadadır. Mənə elə gəlir ki, danışıqlar paralel gedəcək. Son illər Azərbaycanda qanunvericiliyə dəyişikliklər edildi və QHT-lərin fəaliyyəti məhdudlaşdırıldı.Bu isə Avropa Birliyinin tənqidinə səbəb oldu.Hesab edirəm ki, danışıqlar Azərbaycanın mənafeyinə də mübət təsir göstərəcək. 

Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqda çox maraqlıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin yarıdan çoxu Avropa Birliyinin payına düşür. Eyni zamanda böyük enerji layihələrinin tamamında Avropa Birliyi mühüm rol oynayır. Ona görə də Azərbaycan bu layihədə maraqlıdır. Viza məsələsi də bu danışıqların tərkib hissəsidir. Yəni ayrıca deyil, kompleks şəkilində müzakirə olunur. Təbii ki, Azərbaycan vətəndaşları da ən azından Gürcüstan vətəndaşları kimi Avropaya vizasız gediş-gəlişdə üstünlük əldə etsələr, çox yaxşı olar. Bu Avropa Birliyi Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, azərbaycanlıların Avropanı daha da yaxın tanımasına səbəb ola bilər. Dediyim kimi, bu məsələ danışıqlardakı maddələrdən biridir. Digər sahələrin hamısında bir irəliləyiş əldə olunmalıdır ki, vizasız gediş-gəliş məsələsində də müəyyən üstünlüklər olsun. 

Düşünürəm ki, ilkin mərhələdə diplomatik və xidməti pasportların vizasız gediş-gəlişi üçün addım atılacaq. Növbəti mərhələdə isə vətəndaş pasportu ilə də vizasız gediş-gəliş üçün müəyyən üstünlüklərə çatılması gözlənilir. Ancaq bunun üçün Azərbaycan höküməti problemli sahələrdə müəyyən addımlar atıb, Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olmalıdır. Ümid edək ki, hər iki tərəfin maraqlarına cavab verəcək son sənəd ortaya çıxacaq”.

YAP0lZCaWWazyOIbVrpGObRwPdJoSa65rmy1MvD6Dps8uTilr0a7HFtghHCCJvUlgC8V+JUjTek7WjKJkTD1wB5P79PJezXTMJbFZMJrjjiBpxa0Bw6ggjqF4HtHae2vC2yfinkA/S1xY32aF131Hz/nuuwDQnISaFKikItBVDz3yiQhD4j1KVODYnZKUj6BUxFUWyWrsI3I2WvKTHVcTwHzXb2Uvl1jeXhuJsndc2tKgZgj8wzp1K4DTRv6vknbMcqbtP5o2LNva3Wtk1n7WM1ZI2o48CDzBqPJPc32XmgrhiDLHBG5zSRGKllMJrnu11136o2GRrRSqrbAYSgL03K51obxQ9oka7elaBN2nuolxXOgtLWilVabazikqCCVElDm2s4qJtrOKVVBCS5Eu0VmaaY6/pBI9UlOqrcaj/UFp/YM/wCSY3/af2Mfqn+hOS+hOXVqMt1E35av2UfqoG+bX+zj9Vd9CcnFicjUG6o/6ta/wRpnXtawCXCMAAkngAKkokWI8Vltvr3Flh7BpBntDSKfgjOTnnmcwPM7krqCbYbajaOe8JGvkoGRYhG1oAwh2HEXHUk4W8hTLfXkgKOJOHLJqehUXAEZqbXJnNqgA2gtcPZGEoSZ24ohjskQ6nVKqZRKCI/NMmcU1UGeq33watYZb5Y3GjJrO4k843NcPZz15+Sj7jtb4p2lmsjJYjThLE+M+mKvkEt6Vjj3WY/bdxW914TWqbM43xBgOos8bjgFN+gJHEkrq/QMIlp4ZnBwB1rQ1xfP+xXIXDGQ8jMbu6aH1WwhJA7xrlqTuof3VyTzdvpu3swmM9R19iHdm2SMnuxYpW8qjvfIH/cvBLNIXlzjq/vHqcz817WbZ2ENrkB8NktLutGgiuevBeJWIUJHJdOH7Y8HrMZObLXzoU1IpNTq3KQQTUXIaNPRCRDNKnBUYpmufWp6n2R8xo1c+JKnF5BcaDQIqKGgVUNNOHoimlOJrq7OXi5kjITlFK4CpNMJOVRu1pVbl11/ncvMXUovUdgbyba7P2bs5rOA11dXNNcD+elDzHNXjpnlPlSbs/OVE3X+crXmxDgm+hjgq8fSfLIG6x+Ipv8ApQ/EVq54o2Ux0GI0A1c48GtGbjyAXLvkzsDexiY3FUF0pq5nCsY47szpmAjx9BxZrvjYMT5MLRvcaBZ+3fWSYWOPZAAjIgvJ357qg5U3LUm5Ws+utstDqHWitaf+OEZ08gOazW0l9xB4dZMXdbhc6TCKgElpa0ZNGbsqncncZopfKiO75HCrWtpoMZoTTeBwSWefb3k5n1JSWe401X0XhT4UklaCwpYUkkBINC8C2qtT5rdanvNSJpGDgGxuMbQOGTR7pJKclYOYpAJJKYtJRKSSADtunkrYikkl8n8LUxSSTCLlAHIJJJUGKLun/uIecjR5E0KSSV9NOL9+P942NhYMYPH+6LSxSnCTwYHb+DsumWiSS5Y+m5PgNf7z9Gtg4WWfzqwaryOyanokkunH1/LwOru+T/E/0LaE6SStyKrR4T5fNU2dJJL5P4PazkgmnckklTgyLIZK3GUkk4S2I1Ga0vw7tDo7yha05TCRjhxbgL/mxqSScRWv2y2itEEzoYi1rWtBqB3jUHfXLTdRZe2bT20tDO3dh35NqQaijiRUjLekknCdHY63zG2YXyvf2lnc0mRxc4NjLC0NOo8RrxXdvS9poYbS6Jwa6MMwuA7wxOAND5nPVJJL5J5lbbbLK+sj3OLjmSan1K9DZslY7PZu1DC+VzQccxxEV/CPCPSqSSu3wTgPuWzznHIyrtKjLIf5TpJLmt8tY//Z" alt="Картинки по запросу ilqar vəlizadə">
İlqar Vəlizadə: “Biz istəyirik ki, həm iqtisadi,  həm də sosial-ictimai sahələrdə Avropa Birliyi ilə maksimum yaxınlaşaq”.


Avropa Birliyi ilə danışıqların nəticəsi olaraq vizasız gediş-gəlişin reallaşmasının mümkün olduğunu vurğulayan politoloq İlqar Vəlizadənin fikrincə, ən uzağı bu ilin sonuna qədər yeni sazişin əsas mətninin nədən ibarət olduğu bilinəcək:

“Ümumiyyətlə, danışıqların keçirilməsi müsbət bir siqnaldır. Bu o deməkdir ki, AzərbaycanAvropa Birliyi bir-birinə qarşı hərəkət edirlər. Əslində bu hərəkət prosesi uzunmüddətli prosesdir. Lakin hər iki tərəf üçün imkan verir ki, qarşılıqlı münasibətlərdən hər iki tərəf faydalansın. Avropa Birliyi ilə bizim əsas dörd istiqamət üzrə danışıqlarımız gedir. Bunlar iqtisadi, siyasi, enerji əməkdaşlığı və nəliyyat sahəsindən ibarətdir. Bu istiqamətlər demək olar ki, bütün məsələləri əhatə edir. 

Biz istəyirik ki, həm iqtisadi,  həm də sosial-ictimai sahələrdə Avropa Birliyi ilə maksimum yaxınlaşaq. Həmçinin bizim gözləntimiz ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycanın istəklərini nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərsin və Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq qursun. Yəni, Azərbaycanın da maraqlarını nəzərə alsın. Fikrimcə, start götürən danışıqlar uğurlu olacaq. Bu ilin sonuna qədər, bəlkə də daha tez  biz bu sazişin əsas mətnini görə biləcəyik. 

Vizasız gediş-gəlişə gəlincə, Avropa Birliyinin Azərbaycanla vizasız gediş-gəlişə razılıq verməsi ehtimal var. Çünki Azərbaycan tərəfinin gözləntilərindən biri də budur. Həmçinin Avropa Birliyi tərəfindən bu məsələ alınır. Aydındır ki, bu məsələ ilə bağlı müəyyən şərtlər səsləndirilir. Çox güman ki, bu şərtlərin içində siyasi şərtlər də ola bilər. Siyasi şərtlər insan hüquqları ilə bağlı məsələlərdən ibarət ola bilər. Eyni zamanda təhlükəsizliklə bağlı məsələlər də qabardıla bilər. Məlumdur ki, Avropaya qeyri-leqal miqrantlar daxil olurlar və onların sayı çoxalır. Avropa qorxur ki, Azərbaycandan da qeyri-leqal miqrantlar daxil ola bilər. Ona görə təhlükəsizlikprosuderlərinə də yer ayıralacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar