Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi Fövqəladə toplantıya qərar verdi


Mariupol olayları Qərbi hərəkətə gətirdi


“Agence France-Presse”in Brüsseldən verdiyi xəbərdə deyilir ki, Avropa Birliyi və NATO Rusiya qarşısında tələblə çıxış edib. 

Onlar rəsmi Moskvanı Ukraynanın şərqində separatçıları dəstəkləməkdən imtina etməyə çağırıblar. Qeyd olunur ki, bu gün Mariupolda 30-dan çox adamın öldürülməsindən sonra Brüsseldə Fövqəladə toplantı keçiriləcək. 

Agetlik yazır ki, Latviya rotasiya əsasında iyun ayına qədər (6 ay ərzində) Avropa Birliyinə rəhbərlik edəcək. Və bu ölkə vəziyyəti nəzərə alaraq gələn həftə üçün Fövqəladə toplantı çağırıb. 

Latviya xarici işlər naziri deyib ki, Rusiya böhranın sülh yolu ilə tənzimlənməsinə heç bir maraq göstərmir. Mariupolda baş verən faciəvi hadisə bu həqiqəti  bir daha ortaya qoydu. 

“Beynəlxalq ictimaiyyət kəskin şəkildə baş verən hadisələrə münasibət bildirməlidir, tərəddüd etmədən gərginliyin daha da dərinləşməsinə qarşı çıxmalıyıq”, nazir deyib. 

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib: “Ukraynada gərginliyi artırmaqdan çəkinin. Beynəlxalq öhdəliklərə ehtiram göstərin”.
Baş katib deyib ki, artıq neçə aylardır ki, biz Rusiyanın Ukrayna ərazisinə soxulduğunun şahidiyik. Ancaq rəsmi Moskva bunu inkar edir. 

Özünü müstəqil elan etmiş Donetsk Respublikasının lideri Aleksandr Zakarçenko Kiyevin nəzarətində olan liman şəhərə hücum əmri verib. Həmin ərazi Rusiyanın işğal etdiyi Krıma çox yaxındır. 

Avrpa Birliyinin xarici məsələlər üzrə rəhbəri Federika Moqherini deyib ki, bu hadisə Avropa Birliyi ilə Rusiya arasında münasibətləri daha çıxılmaz hala gətirəcək. Rusiyaya açıq şəkildə müraciət edən Federika Moqherini deyib: “Mən sizə səslənirəm. Öz nüfuzunuzdan istifadə edərək separatçı liderlərə təsir edin. Onların hər hansı formada hərbi, siyasi və maliyyə fəaliyyətinə imkan verməyin. Əks halda bütün bunların hər bir tərəf üçün pis nəticələri olacaq”.

Agentlik xatırladır ki, Avropa Birliyi və ABŞ Ukrayna bohranına görə Rusiyaya iqtisadi sanksiyalar tətbiq edib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar