Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi Azərbaycanla da viza rejimini ləğv edə bilər


Yeganə Hacıyeva: “AB və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq”


Ramil Abdullayev: “Yeni danışıqlar mərhələsinin sonunda AzərbaycanAvropa Birliyi arasında viza rejiminin ləğvi mümkün ola bilər” 

Avropa Birliyinin Gürcüstan və Ukraynaya qarşı viza rejiminin ləğvi ilə bağlı ötən ay razılaşma əldə olunub. Beləliklə 4 GUAM ölkəsindən ikisi Avropa Birliyinə (AB) inteqrasiya istiqamətində ciddi bir uğur əldə etmiş olublar. Azərbaycan da GUAM-ın üzvüdür və Azərbaycan da adıçəkilən iki ölkə ilə eyni dövrdə müstəqillik əldə edən respublikadır. Baxmayaraq ki, Azərbaycan da uzun müddətdir Avropanın enerji təhlükəsizliyinə töhfə verir. 

Ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində müəyyən işlər aparılır. Ölkəmiz “Şərq Tərəfdaşlığı” prosesinə qoşulub. Dəyərlər baxımından Avropaya daha yaxın olan Azərbaycan Avropaya inteqrasiya yolunu tutsa da, real nəticələr əldə olunmayıb, Gürcüstan və Ukrayna bu məsələdə xeyli irəli gedə biliblər. Ötən ilin sonlarına doğru Azərbaycan-Avropa Birliyi münasibətlərində müsbət istiqamətdə inkişafı sezilsə də, problemlər hələ də qalmaqdadır. 

Gənc Demokratlar İnstitutunun rəhbəri, Avropa Birliyi üzrə ekspert Yeganə Hacıyeva bildirdi ki, hazırda  Azərbaycan və AB-nin 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir. AB Azərbaycanla bütün digər sahələrdə olduğu kimi viza məsələsində də əməkdaşlığın dərinləşməsində maraqlıdır: “Azərbaycan ilə AB arasında  viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş mövcuddur . Viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla həyata keçirən, AB ilə miqrasiya qaydalarının pozmamış Azərbaycan növbəti pillə kimi Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək. Belə ki, Azərbaycan tərəfindən AB və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Ümumiyyətlə AB-nin dövlətlərə tətbiq etdiyi  mexanizm belədir ki, əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır. Ölkəmiz isə pilləli olaraq bu fəaliyyəti həyata keçirir”.

Avropa Birliyi üzrə ekspert, “İntellekt” Demokratiyanın Təbliği İctimai Birliyinin sədri Ramil Abdullayev isə deyir ki, Azərbaycanın Avropaya inteqrasiyası ölkəmizin gələcək inkişafı üçün önəmlidir: “Azərbaycan 2007-ci ildə özünün milli təhlükəsizlik konsepsiyasını qəbul edib. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası əsas hədəflərdən biri kimi həmin milli təhlükəsizlik platformasında təsbit edilib. Uzun müddət keçsə də, sənəddə təsbit edilənləri reallaşdırmaq mümkün olmayıb. Ölkəmizdə demokratiyanın bərqərar olması, Azərbaycan dəyərlərinin Avropa məkanında, Avropa dəyərlərinin Azərbaycanda yayılması, ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması sahəsində ciddi irəliləyişlər əldə edilməyib. 2013-cü ilədək ölkəmizin Avropaya inteqrasiyası istiqamətində görülən işlərə vətəndaş cəmiyyəti institutları da öz töhfəsini versə də, sonradan qanunvericiliyə edilən dəyişikliklər QHT-lərin fəaliyyətinə böyük zərbə vurdu. Təəssüf ki, hazırda da bu problemlər davam etməkdədir”. 

R.Abdullayevin sözlərinə görə, Azərbaycanla AB arasında danışıqların yeni mərhələsinin başlanması bu istiqamətdə müəyyən nailiyyət əldə ediləcəyinə ümid yaradır: “AB-nin müxtəlif inteqrasiya proqramları var. Hazırda isə Azərbaycanla AB arasında strateji əməkdaşlıq haqda sənəd üzərində iş gedir. Avropa Birliyi artıq bununla bağlı müvafiq mandat verib və danışıqlarda iqtisadi, humanitar sahələrlə münasibətlər müzakirə olunur. Bundan başqa, danışıqlarda enerji sahəsində olan münasibətlər, viza rejimi ilə də bağlı məsələ də müzakirə edilir. Danışıqların sonunda Azərbaycan və AB arasında viza rejiminin ləğvi mümkün ola bilər. Rəsmi Bakı öz strateji seçimini edərək Avropaya inteqrasiya yolunu tutduğunu açıq bəyan etməlidir. AB ilə danışıqların yeni mərhələsinin başlanması, bu qurumun Azərbaycan üçün elan etdiyi qrant müsabiqəsində ölkəmizin prioritet elan etdiyi sahələrə yer verilməsi artıq münasibətlərin normallaşması istiqamətində atılan addımlar kimi şərh oluna bilər. İndi qalır bu tarixi şansdan yararlanaraq ölkəmizin gələcək inkişafı naminə doğru addımı atmaq. Düşünürəm ki, Azərbaycan Avropaya inteqrasiya istiqamətində əsas maneələrdən hesab olunan siyasi məhbus və insan hüquq və azadlıqlarının təmini sahəsində də real addımlar ataraq bu istiqamətdəki siyasətinin davamlı olduğunu nümayiş etdirəcək. Eyni zamanda Avrointeqrasiya istiqamətində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyətini əngəlləyən, üçün üç il öncə qanunvericiliyə edilən əlavə və dəyişikliklər aradan qaldırılacaq. Nəzərə almaq lazımdır ki, bu islahatların aparılması təkcə Avropa Birliyinin tövsiyəsi deyil”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar