Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi ABŞ-ı “Blokada qanunu” ilə hədələdi



«Dünyada qarışıqlıq hökm sürür. Problem avropalılar üçün getdikcə kəskinləşir. Bunun səbəbi də bu problemi yaradanın yaxın və tarixi müttəfiqimiz olan Birləşmiş Ştatlar olmasıdır”


“EUobserver”in yazdığına görə ki, bu bəyanatı Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa Birliyinin bugünkü sammitində səsləndirib.

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən sammit Qərbi Balkan ölkələrinin avrointeqrasiyası mövzusunun müzakirəsinə həsr olunub. Bolqarıstan bu il yanvarın 1-dən “Birlik bizi güclü edir” şüarı altında Avropa Birliyi Şurasına sədrlik edir.

“Rəsmi bəyanat və şüarlara baxmayaraq, birliyə gedən real yol sadə deyil. Avropa Birliyi ölkələrinin liderləri 6 balkan ölkəsi ilə birgə xatirə şəkli çəkdirəndə orada nə İspaniya baş naziri Mariano Raxoy olacaq, nə də İspaniya nümayəndə heyətindən kimsə”, – deyə “Reuters” sammitlə bağlı şərhində qeyd edib.

Baş nazir Raxoy sammit çərçivəsində balkan ölkələrinin təmsilçiləri ilə keçirilən görüşdən bir qədər əvvəl Sofiyanı tərk edib. Kataloniyalı separatçılara müqavimət göstərən Madrid Avropa Birliyinin Kosovonu suveren dövlət kimi tanımayan 5 üzv dövlətindən biridir.

Avropa Birliyi son 15 ildə ilk dəfədir ki, 6 balkan ölkəsi ilə birgə sammit keçirir. Avropalı məmurların dediyinə görə, bu təşəbbüsün məqsədi Avropa Birliyinin etnik savaşlara görə 20 ildir qeyri-stabil olan regiona bağlılığını nümayiş etdirməkdir.

Sammitin nəticəsi olaraq “Qərbi Balkan ölkələrinin Sofiya bəyyannaməsi” imzalanmalıdır ki, bu da rəsmi namizədlərə (Makedoniya, Serbiya, Qaradağ, Albaniya) Avropa Birliyinə üzvlük perspektivi üçün yol açır. Kosovo, Bosniya və Hersoqovina hələ ki bu statusu ala bilməyib. Bununla belə, avrointeqrasiya xətti ilə getməyi seçiblər.

Bəyannamədə həmçinin konkret öhdəliklər yer alacaq. Serblərin hökumətyönlü “Xəbərlər” qəzeti yazır ki, sammitin nəticələrinə dair sənəd layihəsində əvvəllər məlum olan tələblər də əksini tapıb. Lakin jurnalistlər bildirirlər ki, Belqrad Sofiya sammitinin səmərəliliyinə şübhə ilə yanaşır.

“Deutsche Welle” isə yazır ki, Serbiya Avropa Birliyinə 2000-ci ildə (ilk dəfə bu istiqamətdə danışıqlar başlayanda) olduğu qədər uzaqdır.

“Reuters” hesab edir ki, son illər bu 6 ölkəyə xüsusi diqqət ayrılmamışdı. Lakin Çinin, Rusiyanın, ərəb ölkələrinin və Türkiyənin bölgədə artan nüfuzu Avropa Birliyini hərəkətə keçməyə vadar edib.

“Bolqarıstan əhalisi bu sammitə konkret nəticə verməyən və ölkənin daxili problemlərini həll edə bilməyən təşəbbüs kimi baxır. Bununla belə, əksəriyyət Balkan ölkələrinin avrointeqrasiya prosesini dəstəkləyir və hesab edir ki, Sofiya bu məsələdə regionun Avropa Birliyinə gedən yolda maraqlarını müdafiə edən vəkil mövqeyindən çıxış edir”, – deyə DW hesab edir.

Sammitdə ABŞ prezidenti Donald Trampın bu ilin mart ayında qəbul etdiyi qalmaqallı qərar da müzakirə olunub. Birləşmiş Ştatlar martda polad və alüminim idxalına yeni rüsum – polad üçün 25 faiz, alüminium üçün 10 faiz rüsum tətbiq edib. Bu rüsum ABŞ-a müvafiq məmulatı göndərən ölkələrin hamısı üçün keçərlidir. Bir müddət əvvəl Tramp Avropa Birliyi ölkələrindən və bir sıra başqa dövlətlərdən polad və alüminium idxalına rüsum tətbiqini iyunun 1-dək təxirə saldı. AB liderləri isə bəyan ediblər ki, ABŞ Avropa məhsuluna rüsum tətbiq edəcəyi təqdirdə Avropa Birliyi öz ticarət maraqlarını qoruyacaq.

Bu gün Sofiyada 28 dövlət başçısının iştirakı ilə baş tutan naharda Avropa biznesinin ABŞ-ın ticari tariflərindən, İranla əməkdaşlığa görə sanksiyalardan qorunmasının, eyni zamanda Tehranla nüvə sazişini xilas etməyin yolları müzakirə olunub.

AB təmsilçiləri İranla biznes aparan Avropa şirkətlərini qoruyan “blokada qanununun” qəbulu ətrafında da müzakirə aparıblar. Son dəfə inteqrasiya bloku ABŞ-ı 1996-cı ildə bu tədbiri işə salmaqla hədələmişdi. Həmin vaxt Bill Klinton administrasiyası geri çəkimiş, Kuba, İran və Liviyaya qarşı sanksiyaları (bu ölkələrə sərmayə qoyulması ilə bağlı) ləğv etməyə razılıq vermişdi.

«Tramp zəiflərə xor baxır. Əgər biz addım-addım geri çəkilsək və razılaşsaq, ABŞ-ın kiçik tərəfdaşına çevriləcəyik və bütün mahiyyətimizi itirəcəyik”, deyə Avropa Birliyinin büdcə üzrə komissarı Günter Ettinger alman radiosu “Deutschlandfunk”a müsahibəsində deyib.

Sammitdən sonra Britaniya baş naziri Tereza Meyin Makedoniyaya səfəri planlaşdırılır. Mey Toni Bleyerdən sonra (1999-cu il) Qərbi Balkan torpağına ayaq basan ilk britaniyalı baş nazir olacaq.

Hələ bu ilin əvvəlində Britaniya parlamentinin lordlar palatası hesabat hazırlayaraq Qərbi Balkan ölkələrinin demokratiyadan imtina etdiyini, orada Britaniyanın nüfuz dairəsinin daraldığını, Rusiyanın təsirinin isə əksinə, artdığını həyəcanla bəyan etmişdi. Ekspertlər baş nazir Tereza Meyin məlum səfərinin də bu təlaşdan irəli gəldiyini bildirirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar