Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Avroliqa: “Neftçi” qələbə ilə başladı, “Qəbələ” və “Keşlə” uduzdu


Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər


Virtualaz.org bildirir ki, ölkə Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Gözlənilənlərin əksi olaraq, təmsilçimiz doğma azarkeşlər qarşısında 0:2 hesabı ilə məğlubiyyətə uğrayıb.

Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” isə Malta “Baltsam”ının qonağı olub. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

"Neftçi" isə I təsnifat mərhələsində qələbə qazanıb. Bakı klubu Macarıstanın "Uypeşt" komandası ilə görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Birinci təsnifat mərhələsinin cavab oyunları 1 həftə sonra baş tutacaq.

pia.az
Etiket:
loading...