Xəbər xətti

17 OKTYABR

11:55 Tramp Asiya turnesinə çıxır

11:52 Daha iki Avropa şirkəti “Şahdəniz” qazı alacaq

11:49 Bakıda məktəbdə şagirdlər arasında insident

11:45 6 tələbənin ölümü ilə bağlı kompensasiya ödənilib

11:41 “Ermənistan Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyünü qəbul edə bilmir”

11:37 Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

11:32 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi

11:29 Qırğızıstan Astanadan Sərkisyana şikayət etdi

11:25 Azərbaycanlı ifaçı “O səs Türkiyə”də münsifləri kövrəltdi

11:22 Prosineçki: “İş tapmaq asan deyil”

11:17 Yazıçılar Birliyində öldürülən məşhur yazıçı

11:14 Sabah Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisi başlayır

11:10 Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı – Goranboyda nə baş verir?

11:06 5 yaşlı qızını zəhərləyən ana

11:03 İŞİD-dən Kərkükə hücum: 2 kənd işğal olundu

10:58 Məşhur müğənni avtomobil qəzasına düşdü

10:53 Bakıda iki qadın intihar edib

10:49 “Best Model Of Turkey - 2017”nin qalibləri məlum oldu

10:47 Politoloq: “Bərzani siyasi cəhətdən ciddi səhvə yol verdi”

10:46 Şirkət rəhbəri özünü iş yerində öldürdü

10:42 Vasif Talıbov: “Yaradılan şəraitdən səmərəli istifadə olunmur”

10:39 “Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

10:35 BMT baş katibi Əliyev-Sarkisyan görüşü haqda

10:31 Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

10:27 Manatın məzənnəsi

10:20 Bəzi rayonlara qar yağıb - Faktiki hava

10:16 Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

10:00 Azərbaycan neftinin qiyməti 59 dollara çatdı

9:56 Mourinyo maaşının artırılmasını istəyir

9:52 Bakı-Sumqayıt şosesində qəza baş verib

9:48 Tramp: “ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”

9:44 Zakir Həsənov Hulusi Akarla görüşüb

9:40 Nazirlikdən əcaib artım arqumenti: “Əhali çox yeyir...”

9:36 Qızıl 8 dollardan çox ucuzlaşıb

9:32 Tonqa sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

9:28 Həmsədrlərdən Qarabağla bağlı razılaşma xəbəri - Əslində isə...

9:24 Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

9:20 Atəşkəs rejimi 105 dəfə pozulub

9:16 Tramp Yaponiyaya səfər edəcək

9:12 “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

9:08 İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO xiffəti - Seçim yaxınlaşır

9:04 BMT baş katibi prezidentlərin danışıqlarını alqışlayıb

9:00 Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittiham etdi

0:55 “Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz”

0:42 Məşhur kanslerin türk nəvəsinə mirası açıqlandı

0:37 IMF inkişafda olan ölkələrə xəbərdarlıq edib

0:24 “Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib

0:12 Dubay polisi uçan motosikletdə gəzəcək

0:03 Bu gün bürcünüz nələr vəd edir?

16 OKTYABR

23:57 Bu yolda sürət həddi azaldı

23:41 Brayza: “Bu, Qarabağla bağlı ən müsbət bəyanatdır”

23:38 Suriya ordusu İsrailin hərbi təyyarəsini vurdu

23:26 Salehi: “Peşmərgələr buradan uzaqlaşdırıldı”

23:14 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

23:08 İrlandiyada qasırğa nəticəsində 360 min ev işıqsız qaldı

22:51 Əbülfəz Qarayev “Rossiya 24” kanalına müsahibə verib

22:44 ABŞ İraq ordusunun Kərkükə girməsini təsdiqlədi

22:34 “Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir”

22:26 Premyer Liqa klubu satışa çıxarıldı

22:12 İstanbulda 39 İŞİD üzvü saxlanılıb

22:08 Anadangəlmə qüsurların əsas səbəbi aşkar olunub

21:52 Ötən gün 78 cinayət faktı qeydə alınıb

21:47 SOCAR büdcə ödənişlərini açıqladı

21:35 Bu il 150 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

21:22 Bəhreyn Rusiyadan S-400 alacaq

21:18 Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi bəlli oldu

21:06 “Maşın” şoudan MTRŞ-yə cavab

20:53 Şimali Koreya rəsmən danışıqlardan imtina etdi

20:49 Rusiya tezliklə öz kriptovalyutasını buraxacaq

20:38 Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsində dindirildi

20:26 Xaçmazda “Mercedes” at arabası ilə toqquşdu: 1 ölü

20:12 Kərkük tamamilə rəsmi Bağdadın əlinə keçdi

20:07 İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub

19:59 Direktorun əri məktəb psixoloqunu döydü

19:55 Nazirlikdə yeni şöbə müdiri təyinatı: Novruzov kimdir?

19:50 Bakıda gənc oğlan intihar etdi

19:46 NATO Rusiya sərhədlərində təlimə başladı

19:41 Netanyahu: “Tramp uzaqgörən addım atdı”

19:36 Vüqar Rəhimzadə: “Minsk Qrupu işğalçıya dəstək nümayiş etdirir”

19:31 Müxtəlif rayonlardan olan quldur dəstəsi yaxalandı

19:26 Rusiya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etdi

19:21 Abbas Faiq Ağayevə söz atdı

19:16 Sarkisyan: “Qarabağ probleminin həlli ilə bağlı konkret razılaşma yoxdur”

19:11 “Android”də yeni təhlükə aşkarlandı

19:06 Türkiyə İraqın şimalına hava məkanını bağlayır

19:02 “Ermənistan beynəlxalq təzyiqlər nəticəsində yenidən danışıqlar masasına qayıtdı”

18:56 “Unibank” və “Dəmirbank” birləşir?

18:52 Metro gücləndirilmiş iş rejiminə keçəcək

18:48 Leyla Əliyeva: “Məqsədimiz ailələrin rifahını yaxşılaşdırmaqdır”

18:44 Həbsdə olan polkovnik: “Pul alan olsaydım, niyə “Hilton”u seçirdim”

18:38 Nazarbayevdən Qırğızıstan Respublikasının yeni seçilən prezidentinə təbrik

18:33 Rəqqasə Oksana: “Kişilər məni depressiyaya salır”

18:28 “Cinsi azlıqlar məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

18:23 Gənclər və İdman Nazirliyində yeni təyinat

18:19 “Facebook” kəşfiyyatçıları işə götürəcək

18:13 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

18:08 ABŞ Ankaraya nümayəndə heyəti göndərdi

18:04 İspaniya hökuməti Kataloniyaya yenidən vaxt verib

18:00 Mütəxəssislər: “iPhone”un cəld işləməsi üçün yaddaş təmizlənməlidir

17:56 “Kərkükdə yeni üsul-idarə qurulması üçün İraq hökluməti ilə danışıqlar aparırıq”

17:51 Metro gücləndirilmiş iş rejiminə keçəcək

17:46 “Bu dünyada sülh və təhlükəsizliyə təhdiddir”

17:41 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 “Atletiko”nun Bakıya gələcək heyəti açıqlandı - Siyahı

17:30 İraq-Kürdüstan qarşıdurması: Kürdlər Kərkükdə şiə məscidini atəşə tutaraq ölüm törədiblər

17:24 Həmsədrlər xarici işlər nazirləri ilə yaxın vaxtlarda görüş keçirəcəklər

17:19 Şəkidə yol polisi əməkdaşları sürücünü döyüb ölümcül hala saldılar

17:13 “Kişilər məni depressiyaya salır” - Oksana

17:06 “Prezidentlər gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”

17:01 Azərbaycan prezidentinin İsveçrəyə səfəri başa çatıb

16:56 MTRŞ-dən “Maşın –şou”ya xəbərdarlıq

16:51 “Növbəti Bakı Şopinq Festivalında mütləq iştirak edəcəyəm”

16:45 Gəncədə 49 yaşlı kişi intihar edib

16:40 “Qarabağ”-“Atletiko” oyununun hakimləri Fransadan olacaq

16:13 Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək

16:08 Azercell “Məzun - 2017”-də tələbələrə dəstək oldu

16:03 Nazir: “Yeni peşə mərkəzlərin istifadəyə verilməsi vacibdir”

15:58 Azərbaycan millisi FİFA reytinqində 115-ci pilləyə düşüb

15:53 Lerik və Masallıda yeni sürüşmə sahələri yaranıb

15:49 Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib


ANALİZ

...

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Tarix 12.10.17, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Avropada indi bir kabus dolaşır: Avrasiya kabusu..


Qərblilər üçün İŞİD-dən sonra bu mövzu  deyəsən, dünyada ən təhlükəli konudur. “Avrasiya” kəlməsini eşidincə Qərb siyasətçilərinin alnını soyuq tər basır adətən.

Yaxşı, nədir belə axı bu Avrasiya İttifaqı? Niyə bu ideyanın daşı bu qədər ağırdır? Niyə, ölkəmizdəki  Qərbin “beşinci kolon”u əlindən gələni əsirgəmir ki, bu layihə həyata keçməsin? Gözdən düşsün, olsun bir qəpiklik, qəzet-sayt manşetlərindən aşağı ensin, hə?

Nə isə. Keçək bu geopolitik nəzəriyyənin tarixçəsinə. Görək kim, hansı müdrik insan övladı bu nəzəriyyəni ilk dəfə irəli sürüb axı? Bircə xahişim var: gəlin bu vacib mövzunun ipini yalnız elə Moskvaya, Kremlə bağlamayaq. Bu ideya ilk dəfə heç Moskvada da yox...yoxxxx, Britaniyada səsləndirilib ilk dəfə. Məşhur “Chatham House”da- Kral Beynəlxalq Münasibətlər İnstitutunda. 1994-cü ilin fevralında. Kim səsləndirib bu layihəni? Ağsaqqal Nursultan Nazarbayev.

Sonra o, təcili uçub Moskvaya. Layihəsinin “göbəyini” məhz burda “özü kəsib”.

DOĞUM GÜNÜ: 29 mart 1994. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin iclas zalı.

MÜƏLLİFİ: Qazaxıstan prezidenti Nursultan Nazarbayev.

MDB adı çəkilincə Qazaxıstan lideri həmişə...daim öz sifətini turşudub. Mütəxəssislər bunu hələ çox-çox əvvəllər seziblər. Məqalələrində qeyd ediblər: “Qazaxıstan ağsaqqalının MDB-yə zərrə qədər etibarı yoxdur. Nur əkə bu “dayandoldurum” silahına qarşı öz nüvə başlıqlı cavabını hazırlayıb. Cavab layihəsini tezliklə  Moskvada, Lomonosov adına Dövlət Universitetinin hündür kafedrasından elan edəcək o”.

MÖVZUNUN MÜQƏDDİMƏSİ:

MDB elə bünövrəsindən o qədər də uğurlu bir “ipoteka” layihəsi deyildi. Hiss edilirdi ki, bu ipoteka tikintisində çox pullar xərclənəcək. Yarıuçuq binaları önündə çox lüzumsuz nitqlər söylənəcək. Ancaq, axır bəlli olacaq ki, heç nə... Bu ipotekada tikintisində nə türkmən koma sahibi olacaq, nə də ki, ruslar. Nə ermənilər, nə də ki, ev sahibi belaruslar.

İrəlidəki qara boşluğu, qara dəliyi bəribaşdan görən Nazarbayev buna cavab olaraq 1994-cü ildə əvvəlcə Avrasiya İttifaqı modelini irəli sürür.  Susuz quyuya atılmış daş effektinə dönür bu. Siyasətçilər bu dərin quyudan bir ovuc su içmək istəmirlər əvvəlcə. Vəziyyəti “rusca” görən Nazarbayev qərara gəlir öz layihəsinin çərçivəsini xeyli dəyişsin.

ŞANXAY SAZİŞİ: 

Dünya siyasətində bütün gur sular bir istiqamətə-Qərbə axır. Dünyada indi beynəlxalq məzmunlu, Şərq ünvanlı bir hərəkət yaratmaq, razılaşın, hər kişinin işi deyil. Ancaq Nazarbayev 26 aprel 1996-cı il tarixində bu qalın buz qatını tən ortadan qırır axır ki... Həmin tarixi gündə beş qonşu ölkə prezidenti Şanxayda dəyirmi masa arxasına keçərək öz aralarında müvafiq bəzi anlaşmalara imza atırlar. Qazaxıstan, Rusiya, Tacikistan, Çin, Qırğızıstan prezidentlərinin imzaladığı saziş sonra dönür Şanxay Əməkdaşlıq Təşkilatına (qısaca ŞƏT). Sonradan bu beynəlxalq təşkilat, öz tərkibinə bir çox aparıcı Şərq ölkələrini qatır. Əhatə dairəsini genişləndirir bir xeyli. Öz müzakirələrinə təzə mövzular, misal üçün təhlükəsizlik mövzuları da əlavə etməyi unutmur. 2003-cü ildən üzü bəri Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri birgə hərbi təlimlərə başlayırlar. 2002-ci ildən ŞƏT-in ilk daimi institutları təsis olunur. Rəsmi Katibliyi Çində, Pekində qərar tutur, antiterror qanadı isə Sankt-Peterburqda. Təşkilatın ən uğurlu antiterror əməliyyatı 2010-cu ildə məşhur “Manas” bazasında təlim keçən terrorçulara qarşı həyata keçirilib.

MANAS BAZASI:

Pentaqon Hərbi Kəşfiyyatı, o vaxtlar bu bazaya anasının əmcəyini kəsmiş yüzlərlə uyğur, bəluc, əfqan, çeçen, Dağıstan terrorçusunu yığıb onlara silahla davranma, partlayış törətmə, bir sözlə, qanlı olayları gerçəkləşdirmək taktikasının sirlərini öyrədirdi. Biləndə ki, Pentaqon “Manas”da öz gizli bazasını açıb Rusiyanın tabutuna son mismarını vurmaq istəyir, rus hərbi kəşfiyyatı QRU, “MOLE” kod isimli agentin rəhbərliyi altında çox ciddi hiyləyə əl atır. Bazanı başdan-ayağa dinləmə böcəkləri ilə bəzəyir. Uçan pilotsuz təyyarələr və sair və ilaxır məxfi texniki cihazlar vasitəsilə bazanı tam nəzarətə götürüb başlayır təlim keçən terrorçuların tam dosyelərini toplamağa. Dosyelər günü-gündən şişir. Bəlli olur Kİ, baza Antiterror mərkəzi yox...yooooooxxx...əsl “Terror mərkəzi” imiş. Tezliklə bəlli olur ki, anasının əmcəyini kəsən terrorçuları “Manas”a xüsusi trafik xətti - “Dubay-Bişkek” təyyarə reysi daşıyır. Dağıstan, çeçen yaraqlıları əvvəlcə gəlirdilər Dubay hava limanına. Burda gizli QRU videokameralarına düşüb, ya Allah, qanadlanıb gedib çıxırdılar birbaşa adı bədnam “Manas” hava bazasına.

Rus əks-kəşfiyyatçıları, beynəlxalq terrorçuların uzun siyahısını məhz bu cür əldə edib sonra girişirlər “Manas”dakı təhsil proqramlarına. Partlayış, təxribat əməliyyatlarının bütün incəliklərini, ssenarilərini, texniki sənədlərini oğurlayıb gətirirlər Moskvaya. Bax bu zaman, gözləri qarşısında həqiqətin əsl siması, əsl qanlı, sirli mənzərəsi açılır. 2005-ci ildə məsələ gizli şəkildə Şanxay Əməkdaşlıq Şurası (ŞOS-da) üzvləri - Rusiya, İran, Çin, Qazaxıstan xüsusi xidmət qurumları arasında müzakirəyə çıxarılır. Sammit iştirakçıları o vaxt - yəni 2005-ci ildə, rəsmi bir sənəd qəbul edib Pentaqon şahinlərini bu bazanı bağlamağa səsləyirlər. Sənəd təbii, Pentaqon tərəfindən qulaqardına vurulur. 2010-cu ilin 23 fevral tarixində-sovet ordusunun yaranma günü, ŞƏT bu Manas bazasına qarşı öz ilk  antiterror əməliyyatına start verir. Həmin gün Dubaydan Bişkekə uçan “Boing 703” təyyarəsi məcburi yerə endirilir. Sərnişinləri yoxlanılır. Sıralarındakı beynəlxalq terrorçu Əbdülmalik Riqi həbsə alınır.

DUQİNİN MÖVZUYA MÜDAXİLƏSİ:

Nazarbayevin 1994-cü ildə elan etdiyi Avrasiya İttifaqı layihəsi  düz 10 il sonra, 2004-cü ildə ruslara maraqlı görünür. Rəsmi Kreml qərara gəlir bu layihəni dişinə vursun. Şanxay sazişi ilə bu layihəni bir nöqtədə birləşdirsin. Mövzunun həlli tapşırılır Kremlin nömrə 1  geopolitiki Aleksandr Duqinə. O gəlir Qazaxıstana. Nazarbayevlə söhbətləri əsasında tezliklə “Nazarbayevin Avrasiya arzusu” kitabını nəşr edir. Nəticədə Avrasiya layihəsi alimlər arasında tirajlanır bir xeyli. Verilir, necə deyərlər ictimaiyyətin geniş müzakirəsinə.

KİTABDAN PARÇALAR: Avrasiya ideologiyasının ilk müəllifləri hələ 20-cı illərdə Qərbdə məskunlaşmış rus mühacirləri knyaz Trubetskoy, Savitskiy, Alekseyev, İlin, Suvçinskiy, Bromberq, Hara-Davandır...Rusiya müasir dövrün Qızıl Ordasıdır... Qırmızı Rusiya da həmin taleyi yaşayıb...Dünya cahangirliyinə gedən yolda gərək mütləq türk-tatar ənənəsinə, Çingiz xan yasasına əməl edəsən...SSRİ, əslində Çingiz xan imperiyasının növbəti reinkarnasiyasıdır...Rusiya, Avrasiya taleyinə məhkumdur...Yalnız və yalnız Avrasiya çərçivəsində, standartında müasir Rusiya dirçələ bilər...Təkcə Rusiya yox...Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarusiya, Ukrayna da bu taleyə məhkumdurlar.

***

TÜRK-SLAVYAN BİRLİYİ:

Nazarbayevin səyi nəticəsində MDB modelindən ortada artıq heç nə qalmayıb. O tədricən Avrasiya İttifaqı modeli ilə əvəzlənib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı modeli də yenə həmin bu şineldən çıxıb.

Avrasiya İttifaqı layihəsində nələr yoxdur:ümumi investisiya bankı, ali idarəetmə qurumları, vahid xarici işlər nazirliyi, vahid nazirlər kabineti, ümumi parlament, dövlətlərarası icraat-nəzarət komissiyaları, ümumi-birgə müdafiə ərazisi və s. və ilaxır.

Layihənin bir başqa, türk-slavyan ittifaqı məzmunu da mövcuddur. Nursultan Nazarbayevin səyləri nəticəsində bu ittifaq artıq Türkiyəyə o qədər də yad görünmür. Əksinə, Türkiyə rəsmiləri Avropa İttifaqına göz dağı vermək məqsədi ilə daim Avrasiya inteqrasiyasından söhbət açıb Qərbi cin atına mindirirlər. Türk dövlətlərinin dünyada günü-gündən artan nüfuzu, habelə digər şərtlər yaxın gələcəkdə dünyaya mütləq öz qəti hökmünü diktə edəcək. Çində, İranda çox milyonluq türk nüfuzunun varlığı da bu zaman göz ardına vurulmamalıdır.

**

Avrasiya İttifaqının əsas ali qurumu Dövlətlərarası Şuradır. İnteqrasiya şurasındakı səsvermə zamanı Rusiyanın 40, Belorusla Qazaxıstanın 15, Qırğızıstan ilə Ermənistanın isə 7, 5 səsi var. Səs sayları, büdcəyə verilən üzvlük haqqı ilə əlaqədardır.

Avrasiya Parlamentlərarası Assambleyasında Rusiyadan 42, Belarus ilə Qazaxıstandan 16, Qırğızıstan ilə Ermənistandan isə cəmi 8 nümayəndəsi var.

***

Nur əkənin, yəni Nursultan Nazarbayevin Avrasiya modeli artıq özünün 24-cü mövsümünü yaşayır.  Avrasiya inteqrasiya modeli düzü bu gün Avropa İttifaqından daha cazibəlidir ölkəmiz üçün. Qarabağ düyününü biz Avropa Şurası, Parlamenti çərçivəsində, ATƏT vasitəçiliyi ilə həll etmək istədik. Alınmadı.

Əlac indi yalnız Avrasiya İttifaqına, burdakı sınanılmış dostlarımızadır.


pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

bitmap-img3

Rakurs

Yusif Yusifov Elmar Vəliyevə qarşı: Gizli savaşın aşkar görüntüləri

bitmap-img3

Seçmələr

Deputat Şəmsəddin Hacıyev həbs oluna bilər

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru