Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avraam Linkolnun məşhur məktubu - Mətn


Avraam Linkoln dünyanın ən məşhur şəxsiyyətlərindəndir


ABŞ-da quldarlığın ləğvi onun xidmətidir və sorğulara inansaq, Linkoln Amerika xalqının ən sevimli prezidentidir. Buna baxmayaraq, hakimiyyəti dövründə ən sərt tənqid olunan və ABŞ-ın ilk qətlə yetirilən prezident də odur. Avraam Linkolnun 4 oğlu olub, onlardan 3-ü yetkinlik yaşına çatmamış yatalaq və vərəmdən ölüb. Yalnız böyük oğlu Robert 82 il yaşayıb, hüquq və siyasətdə böyük karyera qurub. Avraam Linkoln 1855-ci ildə məşhur “Oğlumun müəlliminə məktub”u yazıb. Çox güman ki, məktub ən sevimli oğlu beş yaşlı Uilyamın müəlliminə yazılıbmış. Məlumat üçün deyək ki, Uilyam 11 yaşında ölüb. Məktubda tədris prosesində gerçəkdən vacib olan, amma unutduğumuz məsələlər haqda danışılır.
 
Kulis.az məktubu oxuculara təqdim edir.
 
“...Başa düşürəm ki, o, nə vaxtsa insanların heç də hamısının ədalətli və səmimi olmadığını bilməli olacaq. Amma qoy bilsin ki, bununla belə, hər alçaqda bir qəhrəman, hər eqoist siyasətçidə bir sadiq lider gizlənir.
 
Qoy bilsin ki, düşmən varsa, dost da tapılacaq. Ona başa salın ki, qazandığın bir dollar tapdığın beş dollardan daha dəyərlidir. Ona uduzmağı da, qələbədən həzz almağı da öyrədin.
 
Onu paxıllığa getməyə qoymayın, hündür səslə gülməməyi öyrədin. Qoy o bilsin ki, davakar və lovğa adam üzərində qələbə qazanmaq hər şeydən asandır. Bacarsanız, ona kitablarla maraqlanmağı öyrədin...
 
Ona əbədi sirlər haqda düşünmək üçün asudə vaxt verin: göydəki quşlar, günəş şüasında uçan arılar və yaşıl yamaclardakı çiçəklər haqda düşünsün.
 
Məktəbə gedəndə ona başa salın ki, uğursuzluğa tab gətirmək fırıldaqlıq etməkdən daha şərəflidir. Ona öz ideyalarına güvənməyi öyrədin. Hətta kimsə ona alınmayacağını desə də, o öz ideyalarına güvənsin.
 
Ona yumşaq adamlarla yumşaq, qəddar adamlarla qəddar davranmağı öyrədin.
 
Oğluma qalib tərəfin dalınca qaçan kütləyə qoşulmamağı öyrədin.
 
Ona hər kəsi dinləməyi öyrədin, ona eşitdiklərini həqiqət prizmasından keçirməyi və yalnız yaxşı olanları götürməyi öyrədin.
 
Bacarsanız, ona kədərli olanda da gülməyi öyrədin... Göz yaşlarında ayıb heç nə yoxdur, qoy bunu bilsin.
 
Ona siniklərə gülməyi, aşırı şöhrət azarından qaçmağı öyrədin.
 
Ona öz beyninin və əzələlərinin gücünü daha yuxarı qiymətə satmağı, lakin qəlb və ruhla heç bir halda alver etməməsini öyrədin.
 
Qoy qovğa edən kütləyə qulaq asmasın, əgər özünü haqlı sayırsa qalxıb döyüşməyi öyrədin.
 
Onunla incə rəftar edin, lakin həddini aşmayın, çünki yalnız odla sınağa çəkilmək polada yüksək keyfiyyət verir. Qoy cəsur olsun ki, hər şeyə dözməli olmasın. Qoyun dözümlülük öyrənsin ki, cəsur olsun.
 
Qoy özünə inamı yüksək olsun, belə də o, bəşəriyyətə də inamlı olacaq.
 
Bunlar asan məsələlər deyil, amma baxın nə edə bilərsiz... Mənim oğlum elə yaxşıdır ki...” (kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar