Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avqust ayının hava proqnozu


Azərbaycan ərazisində avqust ayına olan hava proqnozu açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 31-36 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-43 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, DaşkəsənGədəbəy rayonlarında orta aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 17-22, gündüzlər 22-27 dərəcə isti, ayın birinci ongünlüyünün bəzi günlərində 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 32-55 mm)  olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 36-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-27 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 35-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  (norma 13-116 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-43 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 28-33 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 35-38 dərəcəyədək yüksələcək)  olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 13-83 mm) olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar