Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atamın ayaqqabılarımı geyib getməyi


Bizim kənd camaatı, xüsusən ailəmiz üçün dünyanın ən uzaq yeri Gəncədir


 Məsələn, mən orta məktəbi bitirib Gəncəyə oxumağa getmək ərəfəsində bizim evdə böyük bir qonaqlıq quruldu, yemək-içmək həyəti başına götürdü. Nə qədər  adam sərxoş oldu, nə qədər adam həsəd apardı,  nə qədər adam xeyir-dua verdi.
  
Əlqərəz yemək-içməkdən sonra anam qonaqlığın arxasını çevirdi ağlaşmağa. Atam qoşuldu anama, bibilərim atama, bacı və qardaşlarım bibilərimə. Qonşular da kövrəldi, onlar da qoşuldu bizə.  Ağla ki, ağla. Səbəb bu idi ki, mən Gəncə kimi uzaq bir yerə oxumağa gedirəm. Bizim nəsildən heç kəs Gəncənin yolunu tanımırdı. Atam rayonda yaşayan və Gəncədə  oxumuş uzaq qohumumuza 150 manat pul verdi ki, apar Qəşəmi, Gəncədə  instituta  yaxın bir  yerdə  ev tut, qoy ora gəl.
 
Belə də oldu. Elə o vaxtdan başladım  Gəncəni ələk-vələk eləməyə, yəni şəhərin  bütün istiqamətlərinə üz tutdum, hara getdim, dost tapdım. Dostlarla uzaq Gəncəni kəndimizə yaxın etməyə  başladım. Son vaxtlar  mənə elə gəldi ki, Gəncə ilə bizim evin arası onca metrdir. Hələ Gəncənin Bağbanlar qəsəbəsində bir gözələ vuruldum.  Özü demiş, iki hərfdən ibarət cavab aldım. Ruhum yerindən oynadı, ağlım  başımdan çıxdı. Elə bildim, Gəncə kəndimizin baş cümləsidir, kəndimiz də mübtəda budaq cümləsi. Bilirdim ki, tərəkəmələr deyəcək, niyə kəndimizi Gəncənin ayağına verdin?! Nənəmin bir misalı vardı: elini ürküt, axsağını al. Amma bilmirlər ki, axsağın da  axsaq dərdi var. Bəzən elə olur ki, nənəmin dediyi axsaq lap qaçağan olur. “Qaçağan” dedim,  yadıma  o vaxt aldığım   tünd qırmızı  rəngli  bir ayaqqabı düşdü. Dostum və kəndçim  Sərvazla həmişə ayaqqabı alanda ilk ağlımıza gələn - onunla necə  sürətlə qaça bilərik? - fikri  olurdu.  Ayaqqabının dabanı azca laxlayırdı. Etiraz edəndə Sərvaz məni kənd dilində başa saldı ki, sən öl, ayaqqabının üstü dağılsa da, elə bu dabanlar  həmişə  onun üstündə olacaq, qopub eləyən deyil, qorxma. Cırıldayan araba həmişə uzaq gedir. Satıcı da təsdiqlədi.
 
İndi kənd evimizin damında hələ də o ayaqqabının altı durur, dabanları üstə. Həmin laxlamaq da öz  yerində. Amma üstü tamam dağılıb. Bu ayaqqabı ilə  bağlı iki xatirəm var. Biri bu idi ki, mən kəndimizə  gedib Gəncəyə qayıdanda səhər saat 6-da gərək yuxudan duraydım.  Rayonda işləyən qonşumuzun maşını ilə tez gedəydim ki,  erkən çıxan  Gəncə avtobusuna çataydım. Belə qış günlərinin birində bərk qar yağmışdı. Qonşumuz siqnal verdi ki, gəlim. Mən hazırlaşıb çıxanda qapıda ayaqqabımın bir tayını tapmadım. Geyməyə ayrı  ayaqqabı da yox. Evdəkilərin hamısı  ayaqqabı sorağı ilə qonşulara qədər getdilər. Ayaqqabını gördüm deyən olmadı. Nəticədə  düz 3 gün qaldım  evdə. Kənddə ayaqqabı dükanı  da yox.  Hər yeri axtardıq, illər öncə itirdiyimiz şeylər tapıldı, ayaqqabının tayı tapılmadı ki, tapılmadı. 
 
Səhər-səhər eyvanımızda oturub fikirli-fikirli qonşumuzun ot tayasına baxırdım. Birdən onun üstündə it qulaqlarını gördüm. Maraq məni götürdü. Qonşuya dedim. Qonşu pilləkən qoyub ot tayasının  başına,  itin yanında çıxdı. Gördü, orda 10 ayaqqabı tayı var. Hamısı qonşularındı. Biri də mənim. Sən demə, gecələr  it  ayaqqabıları ot tayasının üstə daşıyırmış.
 
İkinci bir xatirə daha kədərlidir. Gəncədə sevdiyim qız dedi ki, gərək elçi göndərəsən. Özü də  ailə qurandan sonra  gərək ya Gəncədə, ya da Bakıda yaşayaq. Gəldim kəndə, oradan da 15 km uzaqlıqda olan fermamıza getdim. Sevgilimin arzusunun üstünə öz arzumu da qoyub, elçilik məsələsini anama açdım. Daha qızın arzusunun ikinci bəndini demədim. Sən demə, anam şəhər qızlarının bu xasiyyətini bilirmiş. Anam bir az hirsləndi,  sonra “atan  bilər” dedi.  Hiss etdim ki,    kəndlilərimizin  düşüncəsində Gəncə yenə  elə  həmin uzaqlığında qalıb. Nənəmin əlaçı şagirdi olan anam yenə “el və axsaq” məsələsini misal çəkdi. Mən əhəmiyyət vermədim.
 
Qarlı bir qış səhəri idi.  Sən demə,  qız məsələsini anam axşam atama deyibmiş. Atam qırmızı kərmoşo  ağacını götürüb bir-ikisini ayağıma, bir-ikisini qoluma çəkdi, hər çəkəndə deyirdi:  “Ay köpəyoğlu, mən hara, Gəncə hara?!”  Mən yüyürüb girdim yükün dalına. Yük uçdu. Anam qışqırdı. Qalın döşəyin birini götürüb üzümə tutdum. Ağac dəydikcə döşəkdən toz qalxırdı. Bilirdim ki, anam tozun hayındadadı:  “Bu toz hardandı, mən ki bu döşəklərin içini təzə yumuşam”.
 
Atam sonra  heç nə demədi,  qoyunları  yığıb örüşə  apardı. Mən küsmüşdüm. Acıq eləyib gedəcəkdim. Ayaqqabılarımı geyinmək istəyəndə tapmadım. Anam dedi ki, atan geyinib qoyuna getdi. Dikdaban, tünd qırmızı  ayaqqabı, örüş və atam.
Anam yenə dilləndi:
-Atan ayaqqabılarını  ona görə geyinib getdi ki, sən acıq eləyib getməyəsən. Axşam gəlib səninlə barışacaq.
 
Üzümə təbəssüm qondu.

Qəşəm NƏCƏFZADƏ(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar