Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada icra başçısının başı sahibkarlarla “razborka“ya qarışıb


Rayonun 2 saylı orta məktəbinin müəllimləri üzləşdikləri vəziyyətdən şikayətçi düşüblər


Astara şəhər 2 saylı orta məktəb müəllimləri şikayətçi düşüblər. Onlar məktəblərinin bərbad gündə olduğunu yazırlar. 

PİA.AZ infom.az-a istinadən xəbər verir ki, kollektiv bununla bağlı yayımladığı müraciətdə bildirir ki, sözügedən məktəb öz keyfiyyət göstəricilərinə görə nəinki rayonuda, eləcə də Respublikada seçilən tədris ocağıdır. 

"Məktəbdə 60-a yaxın müəllim, təxminən 650 nəfərlik şagird heyəti var . Çox təəssüf ki, 1987-ci ildən fəaliyyətə başlayan və şəhərin mərkəzində yerləşən bu təhsil ocağı indiyə qədər əsaslı təmir edilməyib. Bizləri narahat edən isə tamam başqa məsələdir.

Sinif otaqlarının, burdaki şəraitin bərbad olmasına onsuz da vərdiş etmişik. Amma payızın, qışın adı gələndə canımıza üşütmə düşür. Çünki məktəbin istilik sistemi yoxdur. Adəmdən-Xatəmə, yəni, bu günədək sinif otaqlarını odunla qızdırırıq. Onu da tapa bilsək.Yazıq uşaqlar ordan-burdan çör- çöp yığıb bir təhər sinif otaqlarını qızdırırlar. Nə şəhərin meri, nə rayon təhsil şöbəsi, nə də bələdiyyə - heç kim durumumuzla maraqlanmır. İcra başçımız Qəzənfər müəllimin isə işi-gücü sahibkarlarla “razborka” aparmaqdan ibarətdir. Nə vaxtsa bizimlə maraqlansa məmnun olacağıq.

Qarşıdan qış gəlir, odun tədarükü məqsədilə məktəbin həyətinə cəmi 30 metrə yaxın uzunluğu olan kələ-kötür 3-4 ağac gətirib atıblar. Ötən ildə də belə oldu. Bu da cəmi 10-15 gün bizi gördü. Yenə ümidimiz bir Allahadır, bir də fədakar şagirdlərimizin səyinə qalıb. Bu il də onların köməkliyiylə qışdan çıxa bilsək, sevinəcəyik”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar