Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astana AB-ni Orta Asiyaya çağırdı


“Avropa Birliyinə Mərkəzi Asiyaya Avropa kapitalının cəlbi üçün mexanizmlər hazırlanmasını təklif edirik”


Axar.az xəbər verir ki, bunu AB ilə Mərkəzi Asiya arasındakı münasibətlərin 25 illiyi ilə bağlı keçirilən konfransda çıxışı zamanı Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdürrəhmanov söyləyib.

Qazaxıstan AB-nin Mərkəzi Asiya strategiyasının yenilənməsini dəstəkləyir. Biz onun aktuallaşdırılması ilə bağlı konkret təkliflərlə çıxış etməyə hazırıq. Bu proqramın gələn ilin ortalarına hazırlanması nəzərdə tutulub. Burada gələcək əməkdaşlığın əsas prioritetləri cəmləşəcək. Avropa Birliyinə Mərkəzi Asiyaya Avropa kapitalının cəlbi üçün mexanizmlər hazırlanmasını təklif edirik. Bu, Avropa şirkətlərinin regional bazarlara çıxışı üçün yeni imkanlar yaradacaq və onun mövqelərini regionda gücləndirəcək”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda Mərkəzi Asiya siyasi və iqtisadi baxımdan daha çox Çin və Rusiyanın təsiri altındadır. Moskvanın bölgə ölkələrinin demək olar ki, əksəriyyəti üzərində mütləq hakimiyyəti mövcuddur. Mərkəzi Asiyadakı 2 dövlət Avrasiya İttifaqına üzvdür. Digər üç dövlət isə Moskvanın əsas lokomotiv rolunu oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür.

İslam Kərimovun ölümündən sonra Rusiya Özbəkistanda mövcud olan təsir gücünü daha da artırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar