Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astan Şahverdiyevin ölümündə jurnalistlər günahkardırmı?


Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat həmkarı Astan Şahverdiyevin dünyasını dəyişməsi ilə bağlı “Ölkə.Az”a verdiyi açıqlamasında sensasion fikir səsləndirib. O, mərhum deputatın ölümündə jurnalistləri də günahlandırıb


Ağacan Əbiyev qeyd edib ki, haqqında yazılanlardan bezən həmkarı hətta ölkədən qaçmaq istəyirmiş:

“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi.

Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil idi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər onu hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı. Bir söhbəti bir dəfə gündəmə gətirərlər, hər bir adam da ondan dərs çıxarar. Daha bir söhbəti dönə-dönə gündəmə gətirib əldə oyun etmək doğru deyildi. Təsəvvür edin ki, rəhmətliklə bağlı məsələ futbol topu kimi ondan buna, bundan ona ötürülürdü. Rəhmətlik də bunları görəndə çox pis olurdu”.

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırmışdı.

Bəs görəsən, Ağacan Abıyevın bu ittihamına jurnalistlər nə cavab verəcək?

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mətbuatın və sosial medianın təsadüfi bir sözə görə, hansısa insanı mənəvi terrora məruz qoyması doğru deyil:

Картинки по запросу rəşad məcid

“Burada söhbət tənqiddən getmir. Jurnalistlər bir sıra hallarda mənəvi terror edirlər. Jurnalistlər demək də düzgün deyil, çünki Azərbaycanda peşəkar, peşə etikasına əməl edən çoxlu jurnalistlər var. Sadəcə yeni medianın, sosial şəbəkələrin meydana çıxması ilə bir sıra hallarda “jurnalistlər” medianın etik prinsiplərini pozurlar. Dəfələrlə olub ki, qəsdən qaşınmayan yerdən qan çıxarıblar. O adamlar ki, mətbuatla daimi əlaqədə deyillər, onlar hansısa emosional vəziyyətdə jurnalistə hirslənirsə, onun bir sözündən tutub yeni media və sosial şəbəkə istifadəçiləri tərəfindən həmin adamların qətlinə fərman vermək düzgün deyil. Mən bunu qınayıram. Həm Coğrafiya İnstitutunun direktoruna qarşı, həm Akif Əlinin vaxtilə Lütfi Zadə haqqında yuxulu vəziyyətdə dediyi sözə qarşı belə bir hal baş vermişdi. Onu hansı vəziyyətdə dediyi, mətbuat üçün deyib-demədiyi nəzərə alınmamışdı. Mətbuat qalmaqal yaratmaq naminə insanların taleyi ilə oynayır, sonra da sosial şəbəkələrdə həmin şəxslərə ölüm hökmü kəsilir. Burada “jurnalistlərin” rolu var, insanlara belə münasibət göstərmək olmaz. Hansısa təsadüfi bir sözdən yapışıb insanları ittiham etmək yersizdir. Dünyasını dəyişən insanların təhqir edilməsinə isə nəinki jurnalistika etikası, Azərbaycanın əxlaq dəyərləri yol vermir. Bizim kitablarda yazılır ki, rəhmətə gedənin dalınca danışmazlar. Ölən şəxs haqqında bu cür danışan insanların özünü əxlaqında problem var. Təkcə jurnalistlərdən söhbət getmir. İndi elə bir vəziyyət yaranıb ki, hansısa psixoloji problemləri olan, uğursuzluğu olan adamların əlinə meydan keçib, onlar içindəki üfunəti ictimai mühitə yayırlar. Ciddi mətbuat, ağıllı adamlar daha təmkinli olmalıdır, bu hallara qarşı ictimai qınaq olmalıdır. Mediada İP qazanmaq üçün mətbuatla ünsiyyəti bacarmayan insanların təsadüfi fikirlərindən şou düzəldib, edam hökmü kəsən insanları mən də qınayıram. Mətbuat Şurası da bu məsələlərdə biraz kəskin mövqe göstərməlidir. Elə dəyərlər var ki, onların dağılması cəmiyyəti xaosa aparıb çıxara bilər”.

Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə Ağacan Abıyevin fikirləri ilə qətiyyən razılaşmadığını bildirib:

Картинки по запросу aydın quliyev

Bu çox inanılmaz bir yanaşmadır. Sizin mötəbərliyinizə inanmasaydım, Ağacan müəllimin belə bir söz deyəcəyinə şübhə edərdim. Çox qəribə yanaşmadır, jurnalistləri insan qətlində suçlamağa bərabərdir. Bu yolverilməzdir. Doğrudur, ötən dövrlərdə mərhum Astan Şahverdiyevlə bəzi jurnalistlərin arasında bəzi açıqlamalarla bağlı gərginlik, mübahisə olub. Bu qısa müddətdə baş verən bir hadisə idi və sonradan sıradan çıxdı. Ona görə də, bu fikirlərlə qəti şəkildə razılaşmaq olmaz. Hesab edirəm ki, Ağacan müəllim bu fikrə əlavə şərh verməyə çalışacaq. Mən bunu gözləyirəm”.

Musavat.com saytının redaktoru Xalid Kazımlı isə hesab edir ki, Ağacan Abıyev yanılır:
Картинки по запросу xalid kazımlı


Astan Şahverdiyevin ölümündə jurnalistlərin elə bir rolu yoxdur. Olsaydı, bu hadisə çoxdan baş verərdi. Amma o zaman mərhum deputat peşəkar mediada, eləcə də sosial şəbəkədə sərt şəkildə tənqid olunmasına mətanətlə tab gətirdi. İndi isə ürəyi dözmədi. Yaşlı adamdır, güman ki, intensiv idman hərəkətlərinə, filana tab etməyib”.

Teleqraf.com saytının redaktoru Pərviz Cəbrayılın Ağacan Abıyevin sözlərinə yanaşması da maraqlı oldu:

Картинки по запросу pərviz cəbrayıl

“ Ağacan müəllim imanlı şəxsdi, dinə-imana inanır, bunu bilirəm. Ancaq sözün açığı, mən jurnalistlərin Allah olduğunu bilmirdim. Ağacan müəllim dedi, bildim. Allaha inanan adam bunu deyirsə, məntiqlə inanmalıyam. Nəsimi ənəl-həqq demişdi, Ağacan müəllim "jurnalist-həqq" dedi. Doğrusunu Tanrı bilir...”

“Azərfaks" İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar isə vurğuladı ki, mərhum deputat haqqında ölümündən sonra yazılanları doğru hesan etmir:

Картинки по запросу nicat dağlar

“Ağacan Abıyev mərhum Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlılarla bağlı bir müddət əvvəl dediklərinə medianın verdiyi reaksiyanı nəzərdə tutaraq belə deyib. Fikrimcə istifadə olunan məlum ifadənin doğurduğu reaksiya təbii idi. Amma gəlin nəzərə alaq ki, A.Şahverdiyevin fikirləri bütövlükdə cəmiyyət tərəfindən etirazla qarşılandı. Rusiyada yaşayan soydaşlarımız daha sərt reakisyalar verdilər. Sosial şəbəkə istifadəçiləri demək olar ki, kütləvi şəkildə bu və ya digər dərəcədə narazılıq ifadə etdilər. Yalnız jurnalistlərin həmin ifadəyə etiraz etdiyini demək, doğru deyil. A.Şahverdiyevin ölümündə jurnalistlərin ittiham olunması ilə heç bir halda razılaşa bilmərəm. Lakin onu da qeyd etməyi özümə borc bilirəm ki, ölüm faktından sonra sosial şəbəkələrdə yazılanları da doğru hesab etmirəm. Unutmamalıyıq ki, A.Şahverdiyev işlətdiyi ifadəyə görə üzr istəyib. Onun mətbuata verdiyi açılamada açıq və aydın şəkildə qeyd olunurdu: “Mən Astan Şahverdiyev bütün azərbaycanlılardan üzr istəyirəm”.

Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova isə xatırlatdı ki, məlum qalmaqal zamanı Astan Şahverdiyevi tənqid edənlər arasında Ağacan Abıyev də olub:

>

“Təəssüf ki, Azərbaycanda nadir halda hansısa deputat çıxışı ilə bizi yaxşı mənada təəccübləndirir. Mərhum Astan Şahverdiyevin məlum açıqlaması da, elə Ağacan Əbiyevin bu cavabı da eyni məzmundadır. Sonuncunun “jurnalistlər qatildir” ittihamı isə lap gülməlidir. Əslində, deputat həmkarı Rusiyada yaşayan azərbaycanlıları "otxod" adlandıranda onu sərt tənqid edənlər arasında Ağacan Əbiyev də vardı. O, hətta demişdi ki, Astan böyük səhv etdi və buna görə də cəzasını aldı və alacaq. Yəni həmin mövzuda Ağacan müəllimlə həmfikir olmuşuq...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar