Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan Aslanovun Şəmkir stadionunu əldən verməsinin sirri



Sabiq icra başçısı stadionu vaxtilə aldatdığı adamlara veribmiş


“Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun Şəmkirdəki məşhur stadionu ilə bağlı yeni məlumatlar almışıq. 

Vaxtilə “Aşıq Teymur” sovxozuna məxsus olan stadiona A.Aslanov Şəmkirin icra başçısı olarkən sahib çıxıb. 3 il ardıcıl respublika çempionu olan “Şəmkir” futbol klubu da məhz həmin stadionda uzun illər məşq edib. 

A.Aslanov Şəmkirdən Bakıya vəzifəyə gətiriləndən sonra isə stadionun qapısı  bağlı qalıb. Maraqlıdır ki, A.Aslanov 2000-ci ilin əvvəllərindən istifadəsiz qalan stadionu satmaqdan da vaz keçib. Şəmkirdəki alman kilsəsindən arqanı belə satmağı özünə rəva bilən bir məmurun stadiona münasibətdə iştahını illər uzunu saxlamasının səbəbi nə olub? 

Qaynağımız deyir ki, Əliağa Hüseynov Respublikanın Hərbi Komissarı vəzifəsindən azad ediləndən sonra Səfər Əbiyev komissarlıq sistemini faktiki olaraq Aslan Aslanovun idarəçiliyinə veribmiş: “Aslan Aslanov 2 il müddətində hərbi komissarlıqların 4-cü, 2-ci şöbələri, hərbi polis və hərbi hospitalları idarə edirdi. Rəisləri çıxarıb yerinə istədiyi adamları təyin etdirirdi. Buna görə Nəcməddin Sadıqovla həmişə davaları da düşürdü. Aslan Aslanov hərbi komissarlıqları idarə etdiyi zamanlarda o vaxt Şəmkirin hərbi komissarı olan Həsrət İsmayılovdan borc adı ilə xeyli pul almışdı. O pulu da geri qaytarmayıb  Bakıda vəzifəyə təyin etdirəcəyini vəd edirdi. Sonradan Aslan Aslanov vədini tutmadı, Həsrət İsmayılovun pulunu da qaytarmadı. 

Ən maraqlısı da bundan sonra oldu. Aslan Aslanov Şəmkirdəki stadionu bu məsələdən illər əvvəl, hələ Şəmkirin icra başçısı olarkən Həsrət İsmayılovun  qardaşı, Rusiyada bizneslə məşğul olan Dilqəmin adına rəsmiləşdirmişdi. Aslan Aslanov Həsrət İsmayılovu vəzifəyə təyin etməyəndə aralarında narazılıq yaranmışdı. Aslan Aslanov Həsrət İsmayılovu sakitləşdirmək üçün onu qardaşı Dilqəm İsmayılovu Cırdaxan kəndinə bələdiyyə sədri təyin etdirdi. Amma yenə də Həsrət İsmayılovun pulunu qaytarmadı, ona verdiyi vədi də tutmadı. O da stadionu geri qaytarmaqdan imtina etdi. İllərlə həmin stadion da bağlı qaldı”. 

Yada salaq ki, bu ilin fevralında Şəmkirdə olduğumuz zaman stadionun söküldüyünün şahidi olmuşduq. Həmin vaxt öyrənmişdik ki, stadion sökülməzdən əvvəl faktiki sahibi Aslan Aslanova müəyyən bir məbləğ təklif olunub, lakin o, pulun azlığını əsas gətirərək məbləğlə razılaşmayıb. Sakinlər A.Aslanova 3 milyon manat təklif edildiyini, o isə daha artıq - 10-15 milyon manat istədiyini demişdilər. Bununla da A.Aslanovla sövdələşmə bitdiyini də öyrənmişdik. Aldığımız son məlumatda sövdələşmənin stadionun sahibinin dəyişdirilməsi ilə bağlı prosesin İsmayılovlarla aparıldığı və baş tutduğu da vurğulanır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar