Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asim Mollazadədən “Təhsil haqqında” qanuna edilən dəyişikliyə etiraz


“İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir”


Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O qeyd edib ki, sovet vaxtı universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr baş verirdi:

“Bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Təkcə varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar. İmkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır”.

Onun fikrincə, hər zaman imkanlı ailələr övladlarını xaricdə və ölkəmizdə oxutdurmaq üçün vəsait tapa bilər: “Tələbə qəbulu imtahanları isə Azərbaycanda məhz imkansız və savadlı uşaqların ali təhsil alması üçün qapı açan bir sistemdir”.

Millət vəkili respublika üzrə fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ideyasına da qarşı çıxıb: “Olimpiadada qalib gələnlər elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar