Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-a gediblər
Modern.az xəbər verir ki, səfər barədə danışan A.Mollazadə bildirib ki, millət vəkilləri yanvarın 30-da Vaşinqtonda keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Konfransda “Avropanın Şərqində Transatlantik strategiyaya doğru” mövzusunda ətrafında müzakirələr aparılacaq. Millət vəkilləri mövzu ilə bağlı öz fikirlərini açıqlayacaqlar.
pia.az