Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşuraya Yezid baxışı

Şəkillərə baxdım, vodeoları izlədim; ətrafımda o yaşda Aşuraya gedən, kəsilən, şillələnən insanlar çoxdu


İndi əksəriyyəti ateistdi, qibləsizdi.
 
Adamlar inanır, inandıqları uğruna döyürlər, döyülürlər, kəsirlər…
 
Məndən baxanda cahillik, cəhalət, cəh-cəh...
 
Bir yandan düşünürəm, şiələrin etdikləri, mənim inandıqlarım uğrunda etmədiklərimin yanında toya getməlidi.
 
Əgər uşağın orda olması təhlükə isə, gəl sənə təhlükədən danışım: məndən olsa, ümumiyyətlə, indiki halda bu ölkədə uşaq üçün hər yer təhlükə, hər yer Aşura - məktəblərdən tutmuş, mcdonald`s-lara qədər…
 
Guya uşaq ora getməsə idi, evdə, həyətdə güllü-çiçəkli yaşayırdı, nağıl kimi dünyası vardı?
 
Guya başını yaran qaqaş yarmasa, gözünə-başına döyməsə, nə qədər faydalı olacaq gələcək üçün?
 
Guya sənin başın nə qədər faydalı?
 
Guya o qadınlar ki var, hicablı, niqablı, gətirib töksən "Tarqovıy"a, soyundursan, saçını boyasan, nə dəyişəcək?
 
Guya bizim qadınlar, uşaqlar aşuradan yeddi küçə bu tərəfdə nə qədər azad? Nə qədər rəngli yaşayır?
 
Mənim kimi səfehlərin, sənin kimi aydınların, ziyalıların gördüklərinə susmağı, həqiqətdən üz çevirməyi Aşuradan daha betər.
 
Yenə onlar inandıqları uğruna hayqıra bilir, sən həqiqəti susa da bilmirsən.
 
Kim daha azaddı?
 
Kim kimə cahil deyir?
 
Alnını sil.
 
Ömər XƏYYAM(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar