Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşıqların davasına əsəbiləşdi

Xəbər verdiyimiz kimi, aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli "10-dan sonra" verilişində əlbəyaxa davaya çıxıblar


Axşam.az-ın məlumatına görə, onların həmin an lentə alınan videosu sosial şəbəkədə paylaşılıb və tənqid edilib. Hər kəs aşıqların nalayiq söyüşlər söyməsini və dalaşmasını qınayıb. İfaçıların davasına həmkarları da biganə qalmayıblar. 

Aşıq Samirə Əliyeva həmin videonu paylaşaraq, onu yayanları qınayıb. Samirə eyni zamanda bu davada Namiqi yox, Fəzaili haqlı bildiyini gizlətməyib. O, Namiqin adını çəkməyərək, Fəzailin ünvanına təriflər yağdırıb:

"Bu da aşıqlarımız" adı ilə paylaşılan gündəm mövzusu... Əvvəla sözüm bu videonu çəkib paylaşanlaradır. Hər ailədə söz-söhbət olar. Eləcə də incəsənət aləmində. Aşıqlar da insandır. Onların da səbrinin həddi var. Bunu paylaşmaqla və ya sənətdə olan insanı gözdən salmaqla nə qazanırsız?

Sonra müzakirə edənlər: Bəli, mən razıyam, aşıq digəq sənət adamlarından da nümunəvi olmalıdır. Amma yadda saxlayın ki, pul, ucuz reklam gücünə tanınanlara reytinq verən sizsiniz. Tək bir söz deyə bilərəm: hər əlinə saz alan aşıq deyil. Baxmayaraq ki, hərənin öz sevənləri, öz tamaşaçıları var. Heç kimi müzakirə etmək fikrim yoxdur. Çünki özlərindən çox sinələrindəki saza hörmətlə yanaşıram. 

Amma bilin ki, Fəzail Miskinli sıradan bir insan deyil. Ucuz reklama qaçan deyil. O insan baxmayaraq ki, mükəmməl saz ifaçısıdır, özünə aşıq demir. Saz ifaçısı deyir (digərlərindən fərqli olaraq). Fəzail bəyin sənəti, savadı, mədəniyyəti olmasa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, dosent kimi fəaliyyəti olmazdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru zirvəsinə ucalmazdı.

Özünü sənətə, elmə həsr edənlərimizi Allah qorusun belə şər- böhtandan. O cümlədən, Fəzail qardaşımızı. Gəlin sənətkarlarımızı, sənətimizi, özünə bu sənətdə yer edən təsadüfi viruslardan qoruyaq"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar