Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşıqlar arasında efirdə qalmaqal

Aşıq Ulduz Quliyeva, Samirə Əliyeva və Əli Tapdıqoğlu arasında qalmaqal yaşanıb


Əlinin “Aşıq sənətini beynəlxalq arenaya Samirə çıxardı” sözləri U.Quliyevanı özündən çıxarıb. “Bizimləsən” verilişinin qonağı olan aşıqlar arasında canlı yayımda mübahisə düşüb.

Ulduz qarşı tərəfin sözlərinə etirazını bildirib:

“Gənclərin əlində sazla gəzməsi bizim üçün baş ucalığıdır. 1991-ci ildə Amerikaya sazı aparan ilk aşıq mən olmuşam. Bizim sazımız dünyanı mat qoyan bir sənətdir. Hərə bunu bir formada yaşatmalıdır. Bu gənclərin meydana gəlməyində mənim rolum var. 1984-cü ildən əvvəl xanım aşıq yox idi. Onda bunlar heç yox idi. Mən meydana çıxdım, sonra başqa xanımlar gəldi bu sənətə. Məni əsəbiləşdirən odur ki, Əli dönə-dönə deyir, Samirə getdi, Samirə getdi. Getdi-getdi da...”.

Əli isə aşığın sözlərinə sərt cavab verib:

“Xanım aşıqlardan ilk və son dəfə Samirə dünya səviyyəsinə çıxıb. Çılğınam, hansısa səhv etmişəmsə, üzr istəyirəm. Samirə xanım oxuyanda sizə sual verirlər ki, necədir. Deyirsiz 40 il əvvəl oxuduq. Siz onu alqışlamalıydınız.”.

“Qadın aşıqlarımız var ki, onlar da sizdən əvvəl bu sənətə gəlib” deyə, Samirə cavab verib.

Əli danışmaq istəyəndə U.Quliyeva əsəbiləşərək ona imkan verməyib:

“Ə, sən saxla... Əli bir dəfə dedi ki, qadından aşıq olmaz. İndi də deyir ki, Samirə ilə məndən başqa aşıq yoxdur. Saqqalın ağarsın Əli... Mənim bunlar kimi yüzdən artıq tələbəm var”.

Aşıqların bu müzakirəsi mübahisəyə çevrilib.(axşam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar