Futbolçu Caner Erkinlə boşansa da, məhkəmə işi davam edən Asena Atalay çətin günlər yaşayır
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Asena aylığı 15 min lirə (təxminən 7500 manat) olan evinin kirayə haqqını ödəyə bilməyib. Buna görə də Atalay aylığı 5 min lirə (təxminən 2500 manat) olan evə köçüb.
Gününün çox hissəsi məhkəmələrdə keçən Asena dəbdəbəli həyat tərzindən əl çəkməli olub. Bundan əvvəl isə o, 6 milyon dollarlıq villada yaşayırdı.
pia.az