Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arvadını qucaqlayan qohumunu qətlə yetirdi


Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Nurədin oğlu Qəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb


"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Qəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, qətl hadisəsi bu il martın 11-də Goranboy rayonunun Qaraçinar kəndində baş verib. Kəlbəcər rayonu, Cəmilli kənd sakini, 1971-cü il təvəllüdlü N.Qəfərov qisas almaq niyyəti ilə Mübariz Kurban oğlu Məmmədovu qətlə yetirib.

Belə ki, gecə saat 23:30 radələrində qonşuluğunda yaşayan və uzaq qohumu olan, əvvəllər həmin evə tez-tez gələn M.Məmmədov orta dərəcəli sərxoşluğu vəziyyətində onun evinə daxil olaraq həyat yoldaşı Nübar Qəfərovanı qucaqlamağa çalışıb və ona intim xarakterli hərəkətlər etməyə cəhd göstərib. 

Həmin zaman N.Qəfərov da evdə olub və yataq otağında yatıbmış. Səsə qalxan N.Qəfərov dərhal çarpayının yanında olan taxta kətillə M.Məmmədova yaxınlaşıb və arxadan onun baş nahiyəsinə bir zərbə vurub. Daha sonra sol əli ilə M.Məmmədovun kürək nahiyəsindən hərbi gödəkçəsindən tutub dartaraq yerə yıxıb. Nübar Qəfərova evdən çıxıb həyətə qaçdıqdan sonra N.Qəfərov M.Məmmədovun sifət nahiyəsinə yumruqla bir neçə zərbə endirib. Bir qədər sonra N.Qəfərov evin həyətindən dəmir parçasını götürüb, əlləri ilə onun baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Nəticədə M.Məmmədovu qətlə yetirib.

N.Qəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar