Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma “dqr dövlət naziri”, yaxud “baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib


Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib.

 Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.

Arutyunyan “baş nazir” olmazdan əvvəl Dağlıq Qarabağın ən iri oliqarxlarından biri idi. “Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ondan biznesi barədə soruşub, xalq arasında dolaşan məlumatları xatırladıb.

Araik Arutyunyan deyib ki, “baş nazir” təyin edilənə qədər həqiqətən Dağlıq Qarabağda ən iri biznesmen idi. “K-Telekom”, “Artsax qaz”, Drımbon mis-qızıl yataqları ona məxsus olub.

“2006-cı ildə işçilərimin sayı 700-dən çox idi. Amma baş nazir təyin olunandan sonra mən bizneslə məşğul olmuram. Kənd təsərrüfatı və torpaq becərilməsi sahəsinə gəldikdə. Mən Cəbrayılda torpaqları əkib-becərməyə başladım, hansı ki, insanlar hələ də ora getməyə qorxur. Mən isə 2000-ci ildən orada torpaqları əkib-becərirəm. İlk dəfə Ağdamda 1997-ci ildə torpaqları becərməyə başlamışam,  o vaxt çoxları Ağdamın yerini heç xəritədə göstərə bilmirdi. Sonra Martuni şərab zavodunun və “Qırmızı bazar”ın özəlləşdirilməsində iştirak etdim”-Araik Arutyunyan deyib.

Habelə Arutyunyan deyib ki, Xankəndindəki “Nairi” univermağının sahibidir və həmin univermağı bu yaxınlarda qızının 16 yaşı tamam olması münasibətilə ona hədiyyə edib.

Arutyunyan CəbrayılFüzuli rayonları ərazisində neçə hektar torpaq zəbt etdiyini açıqlamayıb. Amma deyib ki, bu torpaqları əkib-becərmək istəyənlərə verməyə hazırdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar