Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rəsizadənin sonuncu baharı… – “Elə bil ki, baş nazır deyil…”

İqtisadçı-ekspert, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu baş nazir Artur Rəsizadənin parlametdəki son hesabatı ilə bağlı öz facebook səhifəsindən maraqlı yazı paylaşıb


İqtisadçı alimin həmin yazısını təqdim edirik:

“Bu gün baş nazir parlamentdə hesabat verdi. Amma hesabat ilinin 2017-ci il əhatə etməsinə baxmayaraq müqayisələr son 14 iln üzərində qurulmuşdu. Elə bil ki, baş nazirin sonuncu baharıdır və o yekun hesabatını verirdi.

Hesabatın leytmotivini korrupsiya hesabına yaradılmış infrastruktura dair quru rəqəmlər təşkil edirdi. Bu da sovet dövründə kommunist partiyasının plenunlarında partiya rəhbərlərinin təssərrüfat fəaliyyətinin nəticələrinə həsr olunmuş çıxışını xatırladırdı. Hesabatda movcud infratsurkturun rəsmi statistik məlumatlarla xarakteriskası verilməklə ölkə iqtisadiyyatının daha çox kəmiyyət qiymətləndirilməsi aparılıb. Ona görə də yeni hesabatdan təzə nə isə eşitmək mümkün deyildir. Çünki, elə bil ki, baş nazır deyil, Dövlət Statisktika Komitəsinin sədri hesabat verirdi.

Əslində bu hesabat ötən ilin yekunlarına həsr olunmalı, sosial-iqtisadi nəticələrin bazasında keyfiyyət xarakterli qiymətləndirməni əks etdirməli, cari il üçün yeni planlar açıqlanmalı, hökümətin əhaliyə, biznesə mesajları səsləndirilməli idi.

Təəssüf ki, baş nazir ölkədə 2 il davam edən ikirəqəmli inflyasiya problemindən, bank sektorunun acınacaqlı vəziyyətindən, kredit qoyuluşunun azalmasından, problemli kreditlərin artmasından, Beynəlxalq Bankın borclarından, neft gəlirlərinin necə xərclənməsindən, işsizlikdən, yoxsulluqdan, regional disproporsiyasından, miqrasiyadan, təhsilin və səhiyyənin keyfiyyətindən heç nə danışmadı.

Odur ki, bu hesabatı sıradan olan və sadəcə bizdə də baş nazir var, hökümət işləyir görüntüsü yaratmaq üçün şou kimi dəyərləndirirəm. Gözlənildiyi kimi, Milli Məclisin üzvləri də baş nazirin hesabatını adekvat münasibət sərgiləmədi, yetərincə tənqidi fikirlər səsləndirilmədi və hesabatın əleyhinə çıxışlar müşahidə olunmadı.

Baş nazirin çıxışını bu linkdən izləyə bilərsiniz”. “AzPolitika.info”
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar