Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rasizadə Çyan Kemin ilə görüşdü


Avqustun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çin Xalq Respublikası kommersiya nazirinin müavini Çyan Kemin ilə görüşüb


Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Çinin ənənəvi tarixi dostluq münasibətlərinin mövcudluğu qeyd edilərək, vaxtilə qədim “Böyük İpək yolu” vasitəsilə əlaqələrin olduğu xatırlanıb. 

Müasir dövrdə də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyi məmnunluqla vurğulanıb, son illər iqtisadi-ticarət sahələrində münasibətlərin daha da genişləndiyi bildirilib.

Daha sonra Bakıda keçirilən Azərbaycan-Çin Ticarət İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında müzakirə olunan məsələlərə toxunan tərəflər qeyd ediblər ki, iclasın yekun protokolunda nəzərdə tutulmuş məsələlərin həlli ölkələrimiz arasında əməkdaşlığın intensiv inkişafı üçün münbit əsaslar yaradır. Söhbət zamanı enerji, nəqliyyat, tikinti, sənaye, maşınqayırma, ticarət, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı işbirliyinin, ümumən iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə qoyuluşunun böyük səmərə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ölkələrin inkişafı üçün zəruri olan sülhün və sabitliyin qorunması məsələsindən söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Səmimi keçən görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əməkdaşlığının perspektivinə dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar