Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artistlərimizin estetik əməliyyat faciəsi



Sevda SULTANOVA yazır


Bir müğənninin plastik əməliyyat eləməsi onun sənətinə təsir eləmir. Çünki əsas faktor səsidir. Amma bir aktyorun və ya aktrisanın üzündə cərrah bıçağının gəzməsinin onun sənətinə birbaşa təsiri var.
 
Çünki aktyorun tükündən tutmuş dırnağına qədər hər əzası vizual, bədii əhəmiyyət daşıyır. Və kiçik plastik düzəliş belə onun üzünün individuallığını, məziyyətlərini deformasiyaya məruz qoyur.
 
Bir ara Facebook səhifələrində Azərbaycanın tanınmış teatr və kino aktrisasının plastik əməliyyatdan sonrakı fotoları geniş yayıldı.
 
Hamı da onun  yaşına rəğmən çox gənc qalmasına, “gözəlliyinə” heyrətlənir, iltifatlar yağdırırdı. Məni ən çox təəccübləndirən bir qisim kino adamının da deyilən təriflərə qoşulması idi. Əlbəttə, bu, aktrisanın şəxsi məsələsidir. Amma estetik düzəlişlər ciddi rollara iddia edən aktrisanın ciddi sənətdə iştirakını sıfıra endirir. Hər halda dünyada belədir. Və özünə hörmət edən rejissorlar bu cür aktyorları filmlərinə çəkmirlər.
 
Əgər plastik əməliyyat keçirən aktrisanın keyfiyyətli  sənət əsərində iştirak təmin edilirsə belə, oynadığı obrazın effekti olmur.
 
Həmişə bu fikirdə olmuşam ki, qadın yaşı ilə, qocalan bədəni ilə barışmaq istəməyəndə və buna qarşı qeyr-təbii üsullarla mübarizə aparanda gülməli vəziyyətə düşür. Əksinə, dəyişən vəziyyətini olduğu kimi qəbul etməyi onu daha cazibəli və sirli edir.
 
Yeri gəlmişkən, aktrisamızın zahiri görünüşünə hayıl-mayıl olan rejissorlarımıza həmkarları Pedro Almodovarın  bir fikrini xatırlatmaq istəyirəm: “İdeal görünməyə cəhd zamanı belə insanlar yanlışlığa yol verirlər və bu onları qrotesk ifratçılığa aparır...  Əgər işlər belə davam etsə, tarixi film çəkmək mümkün olmayacaq. Bu gün  Viskontinin “Leopard”ı kimi tarixi film çəkmək çətindir: yaşlı rollara aktrisalar tapmaq olmur. Bir rejissor olaraq mən cərrahların bıçağı dəyməmiş aktyorlarla işləməyi üstün tuturam. Personajlarımın ifadə etdiyi emosiyalar üzdə əks olunmalı, onlar özlərində real yaşın izini daşımalıdır”.
 
Bu mövzunu araşdırarkən bir neçə maraqlı fakta rast gəldim.
 
Məsələn, aktrisa, Şon Penin keçmiş həyat yoldaşı 48 yaşlı Robin Rayt plastik əməliyyatdan imtina edib. O, deyib ki, indiki vəziyyəti daha çox xoşuna gəlir. Çünki illərin qazandırdığı müdriklik onun üçün daha çox qiymətlidir və o, yaşlanmağı plastik cərrah müdaxiləsindən üstün tutur.
 
Onu qorxudan yeganə şey Hollivud standartlarıdır: "Tamaşaçı ekranda üzü qırışlı aktyor görmək istəmir.  Əgər belə davam eləsə, Hollivudu filmlərində ancaq plastik əməliyyat edən aktrisalar çəkiləcək”.
 
Dünya kinosunun ən istedadlı aktrisalarından biri, 65 yaşlı Meril Strip də heç vaxt plastik əməliyyat etdirməyib. O, gənc görünməyə cəhd eləmədiyini və daha vacib qayğılarının olduğunu deyib.
 
Digər tanınmış aktrisa Süzan Sarandonun fikrincə, plastik əməliyyatdan çıxanların üzündə nəsə əbədi təəccüb ifadəsi, iri açılmış gözləri olur və onlar  mimikalardan xalidir.
 
Plastik əməliyyata qarşı kampaniyanın təşkilatçılarından Keyt Uinslet deyir: “Mən aktrisayam, sifətimin ifadəsini  dondurmaq istəmirəm”.
 
Emma Tompson isə 60 yaşında 30 yaşındakı kimi görünməyi dəhşətli adlandırıb və utancverici prosesdə iştirak eləmək istəmədiyini deyib.
 
Vudi Allenin sevimli aktrisalarından, 68 yaşlı Dayan Kiton öz yaşında görünmək və əslinə uyğun qalmaq istədiyini deyir: “Niyə insanlar başqasının zahiri görünüşünü bu qədər yamsılamaq istəyirlər?”
 
Yeri gəlmişkən, bizim daha bir neçə məşhur aktrisamız estetik düzəlişlər etdirib.
  
Mövzuya münasibətlə bağlı Azərbaycan aktrisalarının da fikrini öyrənməyə çalışacağıq. (kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar