Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq insanlar iş tapmaq üçün paytaxta axın etmirlər? - Nazirin iddiasına sosioloq şərhi


Sosioloq: “Qeyri-neft sektorunun inkişafına istiqamətlənən addımlar regionların turistik və aqrar potensialına maraq yaranmasına səbəb olub”


“Bir vaxtlar valideynlər övladlarının prokuror, daha sonra isə neftçi olmağını arzulayırdısa, hazırda ölkədə ən gəlirli və məşğulluğun artdığı sahələrdən biri aqrar sahədir”.

Bu sözləri sosioloq Cavid İmamoğlu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun  işçi qüvvəsi axını ilə bağlı fikirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) X Avropa Regional İclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində çıxışı zamanı bildirib ki, əvvəllər kəndlərdən şəhərlərə yönələn işçi qüvvəsi axını artıq əksinə, şəhərlərdən kəndlərə qayıdışı prosesi ilə əvəz olunur. Nazirin bu fikirləri ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və bir çoxları sual etmişdi: Doğrudanmı, artıq insanlar iş tapmaq üçün paytaxta paytaxta deyil, regionlara üz tuturlar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sosioloq Cavid İmamoğlunun fikirlərini öyrənib.

Image result for cavid imamoğlu

Cavid İmamoğlu: “Bu gün yerli səviyyədə güclü aqronomlara, kənd təsərrüfatı üzrə mütəxəssislərə ehtiyac yaranıb”.


Son illərdə qeyri-neft sektorunun inkişafına istiqamətli addımların atıldığını bildirən sosioloq Cavid İmamoğluna görə, ölkə prezidentini kənd təssərrüfatına ayırdığı diqqət və atılan adımlar aqrar sahəyə olan marağı artırıb:

“Ümumilikdə götürsək, ötən illərlə müqayisədə əmək bazarının keyfiyyət tərkibində bir sıra gözə çarpacaq dəyişikliklər var. Xüsusi ilə son illər istehsalat sahələrinin intensiv mərhələyə keçməsi ölkədə müxtəlif istiqamətlər üzrə işçi qüvvəsinə ehtiyac yaradıb. Xüsusilə də qeyri-neft sektorunun inkişafına istiqamətlənən addımlar regionların turistik və aqrar potensialına maraq yaranmasına səbəb olub. 

Bir vaxtlar valideynlər övladlarının prokuror, daha sonra isə neftçi olmağını arzulayırdısa, hazırda ölkədə ən gəlirli və məşğulluğun artdığı sahələrdən biri aqrar sahədir. Bu gün yerli səviyyədə güclü aqronomlara, kənd təsərrüfatı üzrə mütəxəssislərə, həmçinin menecerlərə ehtiyac yaranıb. Bu ehtiyacın ödənilməsi aqrar sahənin inkişafında xüsusi rol oynayacaq. Digər tərəfdən, işçi hüquqlarının gündəmdə saxlanılması əmək şəraitinin yaxşılaşması ilə müşahidə olunur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər burada rol oynayır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar