Londonun “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venger bu mövsümün sonunda klubu tərk edəcək
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ətraflı düşündükdən və klubla müzakirələrdən sonra hesab edirəm ki, mövsümün sonu istefaya getməyim üçün ən uyğun vaxtdır”, - Venger bildirib.
Fransız mütəxəssis 1996-cı ildən klubun baş məşqçisidir. Bu müddət ərzində “Arsenal” 3 dəfə İngiltərə çempionu adını qazanıb və 7 dəfə ölkə kubokuna yiyələnib.(Virtualaz.org)
pia.az