Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Rəhimzadədən daha bir qalmaqallı açıqlama


Milli Məclisin deputatı, eyni zamanda MM regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, keçmiş dövlət müşaviri Arif Rəhimzadə tarixçi Alim Dilavər Əzimlinin fikirlərinə və sosial şəbəkələrdə onun Rusiyanın “beşinci kolon”un üzvü olması haqqında səsləndirilən ittihamlara cavab verib


Deputat “Ölkə.Az”a açıqlamasında deyib ki, Dilavər Əzimli və onun haqqında cəfəng ittihamlar səsləndirən digər şəxslər səhvə yol verirlər:

“Bu adama (Dilavər Əzimli nəzərdə tutulur – red.) demək lazımdır ki, ay bədbəxt, bəs mən nə deməliyəm? Azərbaycan dünya tarixinə və ədəbiyyatına daxil olmaq üçün hansı yolla getməlidir? İngilis dilini öyrənməliyik? Ona demək lazımdır ki, ay bədbəxt, heç sən ingilis dilində yarım söz bilirsən? Bilmirsən! Yaxud da sənin uşaqların bilirmi? Ancaq Azərbaycan əhalisinin ən azı 30 faizi rus dilini bilir. İngilis dilini öyrənmək üçün bizə neçə illər lazımdır? Yoxsa özünü o qədər ağıllı hesab edirsən ki, daha sənə heç nə lazım deyil?”.

A.Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı da fikirlərinin üzərində qaldığını söyləyib:

“Mən demişəm ki, Rusiya İmperiyasının bizə nə qədər ögey münasibəti olsa da, ancaq bu imperiyanın hesabına birinci Azərbaycan Demokratik Respublikasını yaradan insanlar yetişib. Çünki onlar rus mədəniyyətindən və ədəbiyyatından təsirləniblər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar