Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Rəhimzadə “azərbaycanlılar türk deyil” ifadəsinə aydınlıq gətirdi


Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədriArif Rəhimzadənin Rusiyanın km.ru xəbər portalına verdiyi müsahibə qalmaqala səbəb olub. Deputatın müsahibədə “azərbaycanlılar türk deyil” fikrini işlətməsi Azərbaycanda etirazlara səbəb olub


Modern.az saytı Arif Rəhimzadə ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini istəyib. Azərbaycan parlamentinin komitə sədri əməkdaşımızla söhbətdə Rusiya mətbuatına verdiyi müsahibəni belə şərh edib.

““Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, “biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq””

Komitə sədri bildirib ki, bu yaxınlarda  Rusiyadan Azərbaycana nümayəndə heyəti gəlib. Həmin heyətlə görüşdə Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə də toxunulub.

“Nümayəndə heyətinin tərkibində deputat, Xarici İşlər Nazirliyinin və səfirliyin  nümayəndəsi vardı. O cümlədən, ictimai təşkilatlardan da  adamlar gəlmişdi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərindən danışdıq. Çıxış edərək dedim ki, “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Bu, hər zaman belə olacaq. Rusiya vasitəsilə Avropa mədəniyyətinə, Avropa tarixinə, incəsənətinə, ədəbiyyatına yiyələnmişik. Bunu çox yüksək qiymətləndiririk”.
 
Sonra dedim ki, “Rusiya-Azərbaycan münasibətlərindən çox danışmaq olar. Amma mən danışmaq istəmirəm. Ona görə ki, münasibətlərin iki qatı var. Üst qatdan danışmaq istəmirəm. Alt qatdan danışmaq istəyirəm”.
 
Alt qatdan danışarkən dedim ki, “nəyə görə indiyə kimi Ermənistanın qondarma genosid məsələsi ilə əlaqədar Rusiya Duması qərar qəbul edib, ancaq Xocalı faciəsi ilə əlaqədar bir kəlmə də demir?!. Nəyə görə Dilqəm Əsgərov Ermənistanda tutularaq həbs olunub?!. Bəs nəyə görə o, Rusiya vətəndaşı olduğu halda, haqqında  Xarici İşlər Nazirliyinin bir hərəkəti yoxdur. Amma Lapşin haqqında müraciət edirsiniz ki, azad olunsun. Nəyə görə?! Biz azərbaycanlı olduğumuza görə?! Bunları demişəm. “Biz türk deyilik” ifadəsi səsləndirməmişəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar