"Partiyanıln rəhbərliyi demək olar ki, artıq dəyişib"
Bu gün saat 14-də Müsavat Partiyasının qərargahında partiyanın başqanı Arif Hacılı partiya rəhbəri qismində ilk mətbuat konfransını keçirib.
Musavat.com əməkdaşının toplantı zalından verdiyi məlumata görə, A.Hacılının illk açıqlaması Qarabağ münaqişəsi ilə bağlı olub. O, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü barədə danışıb və bildirib ki, imitasiya siyasətinə son qoyulmalıdır.