Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılıdan Əli Kərimli və Rauf Arifoğluna müraciət


“Atılan hər addım,deyilən hər söz,görülən hər iş dərhal şübhə altına alınır“


“Cəmiyyətdə bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Böyük səylər, xərclənən vəsaitlər hesabına insanlar bir-birinin qanına susayıb. Sanki,cəmiyyətdə üzdə olan hər kəs digər beləsinə qarşıdır. Hər kəs hamını, hamı da hər kəsi satqınlıqda, hakimiyyətə işləməkdə, xəyanətdə, Azərbaycana düşmən olmaqda ittiham edir”. 


Bu fikirləri Müsavat başqanı Arif Hacılı şəxsi facebook səhifəsində yazıb. O, AXCP sədri Əli Kərimliyə və “Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğluna müraciət edib:

“Atılan hər addım,deyilən hər söz,görülən hər iş dərhal şübhə altına alınır.

Ən pisi isə odur ki, tabular götürülür.

Din də, qanunlar da, qəbul edilib min illər qorunan ənənələr də bu tabuları müəyyən etmək,bu yolla cəmiyyətdə normal qarşılıqlı davranış qaydaları yaratmaq üçündür.

Tabuların ictimai rəyə təsir imkanlarına malik olan qurumlar,güc mərkəzləri tərəfindən pozulması isə yalnız məyusluq yaratmır, bu həm də ictimai təhlükədir.

Rauf Arifoğlu və “Yeni Müsavat”qəzeti ilə “Azadlıq” qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasınada qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib.

Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır.

Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram.

Hörmətli Rauf Arifoglunun “Hakimiyyət “Azadlıq” qəzetini məhkəməyə verməyimizdən bu qəzetə qarşı istifadə edəcəksə şikayətimizi geri götürəcəyik”-bəyanatını yüksək qiymətləndirməklə yanaşı əminəm ki, hakimiyyət bundan hökmən istifadə edəcək. Odur ki, Rauf bəydən “Azadlıq”qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm.

Hər kəs əmin olsun ki,müxalifət düşərgəsində bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Demokratik düşərgənin avtoritar rejimə qarşı mübarizə xəttinin biri də müxalifətin içindən keçir.

Bu cəbhə xəttini ləğv etməliyik!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar