Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş

Elnar Əsgərov hara qaçıb?


Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib.

Məhkəmədə şahid Əfqan Salamov ifadə verib. O, təqsirləndirilən Emil Hüseynovun sürücüsü olduğunu bildirib. Bu iş üzrə yalnız bir epizod haqda danışan şahid bildirib ki, Emil Hüseynovun Tural adlı şəxsə 380 min manat borcu olub. Onun sözlərinə görə, Emil Hüseynov bu borcun 150 minini qaytarıb.

Digər şahid isə təqsirləndirilən şəxsin dayısı İbrahim Məmmədov olub. O, bacısı oğlunun biznes fəaliyyətindən xəbərinin olduğu deyib. Lakin kimlərəsə pul borclu olmasından məlumatsız olduğunu söyləyib.

Bu iş üzrə daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, Arif Əsgərovun hazırda ölkəni tərk etmiş oğlu Elnar Əsgərov da şahid kimi tanınıb. Emil Hüseynova qarşı cinayət işi açılarkən Elnar Əsgərov ölkəni tərk edib. Bu səbəbdən də onun şahid kimi dindirilməsi mümkün olmayıb.

E.Əsgərov bu iş üzrə əsas şahiddir. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynov Elnar Əsgərovu ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir. E.Əsgərovun məhkəmədə şahid kimi dindirilib-dindirilməyəcəyi də sual altındadır.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Barəsində həbs-qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.

Bu dələduzluq işlərində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar