Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Əlizadə Nuru Paşa və “Qafqaz İslam Ordusu” ilə bağlı fikrini dəyişibmi?


Deputat: “Azərbaycanı xilas edən Azərbaycan və Azərbaycan xalqı olub”


“Baş verən hadisə artıq bir tarixdir. Onun barədə indi nəsə deməyə ehtiyac yoxdur”.

Bu sözləri PİA.AZ-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bildirib.

Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 99-cu ildönümüdür. Belə ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadədaha əvvəl bu təqvim barədə və Nuru paşa barədə xoş olmayan fikirlər səsləndirmişdi. Deputat yerli saytlardan birinə müsahibəsində  erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunu günahlandırmış və Osmanlı İmperiyasının məhz ingilislərin xoşuna gəlmək üçün Azərbaycanın o dövrkü acizliyindən istifadə edərək 9 min kvadrat kilometr ərazini Ermənistana verdiyini vurğulamışdı. 

Bakının daşnak-bolşevik işğalından azad olunmasının ildönümü ilə bağlı PİA.AZ-ın əməkdaşı Rusiyameylli mövqeyi ilə tanınan deputat Araz Əlizadəyə müraciət edib və onun daha əvvəl Azərbaycan xalqının tarixinə və Azərbaycan-Türkiyə qardaşlığına ləkə gətirən fikirlərində dəyişiklik olub-olmaması ilə maraqlanıb. 

Image result for araz elizade

Araz Əlizadə: “Sizcə, 99 il bundan əvvəl baş vermiş hadisə ilə bağlı nə düşünmək olar?!”.


Daha əvvəl verdiyi açıqlamasında Osmanlı imperiyasını və BakıAzərbaycan xalqını soyqırıma məruz qoyan daşnak-bolşevik işğalından azad edən Nuru paşa və “Qafqaz İslam Ordusu” ilə bağlı tarixi təhrif edən fikirlər söyləyən Azərbaycan Sosial Demokrat Partiyasının sədri bu dəfə mövzuya qısa və lokanik şəkildə münasibət bildirdi. Əməkdaşımızın sualını cavablandıran deputat Araz Əlizadə bildirib ki, 99 il əvvəl baş vermiş hadisələr barədə indi danışmağa lüzum yoxdur:

“Baş verən hadisə artıq bir tarixdir. Onun barədə indi nəsə deməyə ehtiyac yoxdur. Sizcə, 99 il bundan əvvəl baş vermiş hadisə ilə bağlı nə düşünmək olar?! Mən belə düşünürəm ki, Azərbaycanı xilas edən AzərbaycanAzərbaycan xalqı olub”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar