Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil Ələsgər Türkiyədə “İlin altın adamı” mükafatına layiq görüldü - Video

Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər dünyada Azərbaycan və Türk dünyasının mədəniyyətinin tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda lobbiçilik üzrə göstərdiyi uğurlu fəaliyyətə və araşdırmalarına görə beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb


“İpək Yolu” jurnalı və “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin iş birliyinin nəticəsi olan 14-ci “İlin altun adamı” mükafatının builki təqdimetmə mərasimi aprelin 5 -də İstanbulda baş tutub.

Tədbirdə Türkiyənin dövlət rəsmiləri, QHT rəhbərləri, media qurumlarının rəhbərləri, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Hüseyn Büyükfrat, və digər tanınmış dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.



“İlin altın adamı” mükafatını Aqil Ələsgərə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç təqdim edib.

“İlin Altın Adamları Mükafatlandırma Mərasimi”ndə ölkəmizdən Azərbaycanın Serbiya, Bosna-Hersoqavina və Çernoqoriya səfiri Eldar Həsənov, Türkiyə-Azərbaycan İş adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfırat, “Star” qəzetinin köşə yazarı və şərhçisi Sevil Nuriyeva, modelyer Gülnarə Xəlilova, telejurnalist Lətafət Ələkbərova, iş qadını Aynur Əliyeva da təltif olunublar.

Mükafatlandırma mərasiminə Türkiyədən başqa ABŞ, Rusiya, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Türkmənistan, Rumıniya, Kosovo, Hollandiya, İspaniya və digər ölkələrdən önəmli qonaqlar iştirak ediblər. Mərasimə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı bələdiyyə başçıları, akademiklər, iş adamları, STK təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılıblar.

Qeyd edək ki, nüfuzlu “İlin altın adamları” mükafatı artıq 14-ci ildir ki, seçilmiş şəxslərə təqdim olunur.(İnterpress.az)



pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar