Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi


Antalyada II Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib.


Simpoziumda FETÖ terror şəbəkəsinin onilliklər ərzində Türkiyədə və başqa ölkələrdə həyata keçirtdiyi pozuculuq fəaliyyətinə işıq salınıb.

Türkiyə Polis Akademiyası Terror və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (UTGAM) tərəfindən Antalyada keçirilən “FETÖ beynəlxalq təhdid kimi” Simpoziumunda ABŞ prezidenti Donald Trampın seçki kampaniyasındakı müşaviri Teodor Ruzvelt Mallok, Rusiya Təhlükəsizlik Akademiyası Xarici İqtisadi Əlaqələr Şöbəsinin müdiri Tələt Ənvəroviç, araşdırmaçı yazar Nədim Şənər, “Yeni Çağ” Analitik İnternet qəzetinin baş redaktoru, “Terrorun gülən üzü” və “Səssiz işğal” kitablarının müəllifi Aqil Ələsgər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının dosenti Mürtəza Həsənov və digərləri çıxış ediblər.

Natiqlər öz çıxışlarında FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə geniş yer veriblər.

Simpoziumda çıxış edən Aqil Ələsgər əsas diqqəti FETÖ terror şəbəkəsinin maliyyə-iqtisadi dayaqlarının hələ də güclü olmasına yönəldib. Baş redaktor qeyd edib ki, FETÖ-nun maliyyə dayaqları sıradan çıxarılmasa, şəbəkə ilə mübarizədə ciddi çətinliklər yaranacaq. Aqil Ələsgər FETÖ-nun Qafqazda, Azərbaycan və Orta Asiya ölkələrində qurduğu şəbəkələrə qarşı mübarizənin aparıldığını, xüsusilə, Azərbaycanda İlham Əliyevin bu mövzuda həssas olduğunu, ancaq bu örgütün hələ də böyük təhlükə mənbəyi olaraq, qaldığını qeyd edib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar