Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil Abbasın benzin kinayəsi


Şərif Ağayar yazır


İstənilən narahatlıq yaradan məsələ ilə bağlı yazıçının üstünə küll halında tökülmək nə qədər arzuolunmazdırsa, yazıçı sözünün ictimai təsirə malik olması o qədər sevindiricidir.
 
Söhbət tanınmış yazıçı, millət vəkili Aqil Abbasın benzinin qiymətinin qalxması ilə bağlı verdiyi açıqlamaya görə sosial şəbəkələrdə və bəzi saytlarda kəskin tənqid olunmasından gedir.
 
Şübhəsiz ki, yazıçının açıqlamasında istehza vardı. Bunu sonrakı açıqlamalarında özü də etiraf etdi və hətta bildirdi ki, yumoru tutmayan insanların Üzeyir Hacıbəyovu, Mirzə Cəlili, Haqverdiyevi anlamasına inanmır. 
 
A.Abbas bir dəfə də soğan əkmək məsələsində belə kəskin tənqidlərə, hətta təhqirlərə tuş gəlmişdi. Ola bilsin zamanı dəqiq seçilməmişdi o sözlərin, ancaq kifayət qədər ciddi sözlər idi.
 
Adam Bakıya qaçıb bütün günü tikintilərdə ölümünə işləyən və axşamlar aldığı beş-üç qəpiyi pivəxanalarda xərcləyən gənclərə ağıllı məsləhət vermişdi. Soğan əkmək rayonlarda çox ciddi və gəlirli iş sayılır. Təbii ki, torpağın varsa...    
 
Yazıçının benzinlə bağlı kinayə ilə dediklərində və sonrakı açıqlamasında da xeyli həqiqət payı vardı. Amma məsələnin bir başqa incə tərəfini də nəzərdən qaçırmaq olmaz.
 
Bəzən cəmiyyətimizdə elə absurd hadisələr baş verir ki, onun komediya, yoxsa faciə olduğunu anlaya bilmirsən.
 
Misal üçün, başqa bir millət vəkili durub deyir ki, müəllimlər dərsdən sonra gedib bənnalıq eləsinlər. Bu yerdə necə gülməyəsən və necə ağlamayasan?  
 
Yaxud Bakı şəhər İH-nin göstərişi ilə şəhərin mərkəzinə yaxın tikilən zəngin villaların sökülməsində şahidi olduqlarımız... Ən yüksək çinli məmur efirdə məsələyə aydınlıq gətirərkən deyir ki, bu villanın yiyəsi kimdir, bilmirik, qaçıb gizlənib, indi hünəri çatırsa ortaya çıxsın.
 
Bütün bunlar bir yana binanın sökülməsi qarmon və klarnetin müşayiəti ilə, milli musiqi sədaları altında baş verir. Bir anlıq özünü Əmir Kusturitsanın filmlərinin içində hiss edirsən.
 
İstər-istəməz içində suallar doğur:
 
Doğrudanmı vətəndaşların balaca bir eyvan çıxarmasına görə yüz sənəd istəyən yetkililər bu boyda villanın kimə məxsus olduğunu bilmirlər? 
 
Tamam, deyək ki, bilmirlər, bunu bəyan eləməyə, söküntü əməliyyatını camaatın gözü qarşısında o cür zurna-balabanla həyata keçirməyə nə hacət var?
 
Tikintini qanunsuz edilibsə, niyə icazə verirdiniz, qanuni edilibsə, niyə sökürsünüz?
 
Belə bir cəmiyyətdə millət vəkilinin, hətta yazıçı da olsa, benzinin qiymətinin qalxmasına sevindiyini bəyan eləməsi ciddi də qəbul oluna bilər.
 
Zatən bir çox tanınmışlar elə təxminən bu cür danışdılar.
 
Atalar necə deyib: başına gələn başmaqçı olar!
 
Məncə, hörməti Aqil Abbas danışarkən, bunları nəzərə almalı idi.
 
Əks halda deyilənlərə və yazılanlara dözümlə yanaşmalıdır. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar