Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apreldə 7 rayon qaytarıla bilər


Vladimir Putinin Serj Sarkisyana ciddi təzyiq edəcəyi gözlənilir


İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər. 

Ans press-in məlumatına görə, Rusiya Dövlət Dumasının İrəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutskinin sözlərindən bunu anlamaq mümkün olur. Rusiya rəsmisi bildirib ki, aprel ayına nəzərdə tutulan səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanla Qarabağ məsələsi dərindən müzakirə edəcək. 

“Ümid edirəm ki, Qarabağ nizamnlanması üzrə bütün sağlam səylər yaxın gələcəkdə nəzərə çarpacaq nəticələrə gətirəcək”, - deyə Leonid Slutski vurğulayıb. Rusiyalı siyasətçi münaqişənin Madrid prinsipləri əsasında həll edilməsini vacib sayır. “Münaqişəni Madrid prnisipləri əsasında həll etmək lazımdır. Rusiya Qarabağ məsələsinin əsas sülhməramlısı olaraq qalır”, - deyə Slutski vurğulayıb. 

Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır. Göründüyü kimi, Rusiya Ukraynaya paralel olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün yeni müharibə ocağının alovlanacağından ehtiyat edərək Ermənistanı sülhə məcbur etmək niyyətindədir. Təbii ki, Moskva Dağlıq Qarabağa yeridiləcək sülhməramlıların Rusiya qüvvələri olmasını əsas şərt olaraq irəli sürür. Bu, sonradan Moskva üçün Dağlıq Qarabağın geri qaytarılması naminə Azərbaycanın da Avrasiya İttifaqına daxil edilməsini təmin edə bilər. 

Maraqlıdır ki, İrəvanda da məsələnin bu cür həlli mümkün görünməyə başlayıb. İndiyə kimi Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması məsələsi bütün siyasi qüvvələr tərəfindən rədd edilirdi. Amma son günlərdə erməni müxalifəti də bunu mümkün saymağa başlayıb. Erməni müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan bu günlərdə çıxış edlərək Qarabağ münaqişəsini Madrid prinspləri əsasında həll etməyə vacib sayıb. Həmçinin onun fikrincə, Ermənistanın gələcəyi naminə İrəvan Türkiyəyə qarşı bütün soyqırım ittihamlarından imtina etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar